Berta Pappenheym (; ) — ictimai xadim, qadın hüquqları müdafiəçisi və Yəhudi Qadınlar Birliyinin təsisçisi. O, həmçinin Yozef Breyer və Ziqmund Freydin pasiyenti Anna O. kimi də tanınır. "Histeriya haqqında oçerklər" (1885) əsərində nəzərdən keçirilən "Anna O. hadisəsi" Freyd üçün histeriya nəzəriyyəsinin, daha sonra isə psixoanalizin işlənib hazırlanmasında başlanğıc nöqtəsi olub.
Həyatı Uşaqlığı Berta Pappenheym 27 fevral 1859-cu ildə Vyanada Ziqmund (1824–1881) və Reha (1830–1905) Pappenheymin ailəsində dünyaya göz açıb, ailənin üçüncü övladı olub. Bertanın atası əslən Pressburqdan (indiki Bratislava) idi, "Pappenheym" soyadı isə onun frank mənşəli olduğuna işarə edir. Anası, qızlıq soyadı Qoldşmit olan Reha isə Frankfurt-Mayn şəhərindən idi. Hər iki ailə varlı idi və ortodoks yəhudiliyi ilə sıx bağlı idilər. Berta Pappenheym qızlar üçün olan katolik məktəbinə gedib. Onun həyatı yəhudi bayram təqvimi və Bad-İşlə müntəzəm yay səfərləri ilə nizamlanırdı.
8 yaşında olarkən böyük bacısı Henriettta (1849–1867) vərəmdən vəfat edib.Второй ребёнок в семье умер в 1855 году в возрасте 2 лет, за 4 года до рождения Берты; см. Jensen. Streifzüge. — S. 19. Bertanın 11 yaşı olanda ailəsi əsasən yoxsul yəhudilərin məskunlaşdığı Vyana məhəlləsi Leopoldştatdan Lixtenşteynştrasse küçəsinə köçüb. 16 yaşında məktəbi atan Berta, anasına kaşrut xörəklərin hazırlanmasında kömək etməyə başlayıb. Bertadan 18 ay kiçik olan qardaşı Vilhelm (1860–1937) gimnaziya təhsili alıb.Jensen. Streifzüge. — S. 21.
Xəstəliyi 1880-ci ilin yayında, ailə Bad-İşldə istirahət edərkən, Bertanın atasının ağır qızdırmalı plevritə tutulması Berta Pappenheymin həyatında dönüş nöqtəsi oldu. Xəstənin çarpayısı başında keçirdiyi yuxusuz gecədə o, qəfil hallüsinasiyalara yaxalandı.Подробности течения болезни взяты как из опубликованного Фрейдом и Брейером описания случая Анна О. в Очерках об истерии, так и из найденных Альбрехтом Хиршмюллером в документах санатория Бельвью данных обследования Берты Паппенгейм, которые изложены в «Психологии и психоанализе в жизни и работе Йозефа Брейера» («Physiologie und Psychoanalyse im Leben und Werk Josef Breuers»). Sonralar onun xəstəliyi müxtəlif simptomlardan ibarət geniş bir spektr aldı: Nitq pozuntusu (Afaziya): O, bəzən ümumiyyətlə danışa bilmir, bəzən yalnız ingiliscə, bəzən isə hətta fransızca və ya italyanca danışırdı. Lakin alman dilini həmişə anlayırdı. Afaziya tutmaları bəzən günlərlə, bəzən isə yalnız günün müəyyən vaxtlarında davam edirdi. Nevralgiya: O, üz nahiyəsində morfin və xloral ilə müalicə olunan sinir ağrılarından əziyyət çəkirdi. Medikamentoz terapiya morfin və xloral asılılığına səbəb oldu. Ağrıları o qədər güclü idi ki, həkimlər üçlü sinirin kəsilməsi barədə də düşünüblər. Parez: Ətrafların iflici və keyiməsi əsasən bədənin bir tərəfində baş verirdi. Sağ əli iflic olduğu üçün o, sol əllə yazmağı öyrənməli olub. Görmə pozuntuları: Göz motorikasında ötəri pozuntular və çəplik yarandı. O, əşyaları həddindən artıq böyümüş formada qəbul edirdi. Əhval-ruhiyyə tərəddüdləri: Uzun müddət ərzində onda təşvişli vəziyyətdən depressiyaya keçidlər müşahidə olunurdu ki, bunlar da rahatlıq və özünəqapanma (ətraf aləmdən uzaqlaşma) halları ilə növbələşirdi. Amneziya: Xəstə, bir vəziyyətdə olduğu zaman digər vəziyyətlərdə baş vermiş hadisələri və ya öz hərəkətlərini xatırlamırdı. Qidalanma pozuntusu: Kritik vəziyyətlərdə o, heç bir qida qəbul etmirdi. İsti yay günlərinin birində o, bir həftə boyu maye qəbulundan imtina etmiş və yalnız meyvələrlə qidalanıb.
Xəstəliyin bu simptomlarına öncə ailə reaksiya verməsə də, noyabrda onların ailə dostu, həkim Yozef Broyer Pappenheymin müalicəsinə başladı. 11 dekabr 1880-ci ildən etibarən Berta Pappenheym uzun müddətliyinə yataq xəstəsi oldu.
Atasının ölümü 5 aprel 1881-ci ildə Bertanın atası vəfat etdi. Bu itkiyə dözə bilməyən Berta əvvəlcə "kato-tonik vəziyyət" halına düşdü və günlərlə yeməkdən imtina etdi. Sonradan, vəziyyəti daha da pisləşən Berta, 7 iyun 1881-ci ildə "İnzersdorf" sanatoriyasına yerləşdirildi. Növbəti illərdə o, daha üç dəfə burada müalicə alıb. İlk dəfə Berta sanatoriyada 1881-ci ilin noyabrına qədər qalıb. Ailəsinin yanına qayıtdıqdan sonra isə Breuerin yanında müalicəsini davam etdirib.Hirschmüller. — S. 35
Belvyu sanatoriyası İyulun 12-də Breyer, Berta Pappenheymi Robert Binsvangerin rəhbərlik etdiyi Bodenzee gölü sahilindəki Kroytslingen qəsəbəsində yerləşən "Belvyu" özəl klinikasına göndərdi. "Belvyu"dakı müalicədən sonra o, bir daha Breyerin xidmətlərindən istifadə etmədi.
Kroytslingendə olduğu müddətdə Berta, Karlsrue şəhərində yaşayan xalası oğlu Frits Homburgeri və xalası qızı Anna Ettlingeri ziyarət edib. Anna Ettlinger Karlsruedəki qadın gimnaziyasının həmtəsisçisi idi. Özünü ədəbi fəaliyyətə həsr etmiş; 1870-ci ildə işıq üzü görən "Qadın məsələsi haqqında söhbət" adlı məqaləsində qadınlar üçün bərabər təhsil hüququnu tələb edib. Rahel Ştraus da, burada özəl dərslər verir və "xanımlar üçün ədəbiyyat kursları" təşkil edirdi. Bertanın nağıllarını dinləyən xalası qızı Berta Pappenheymə, ədəbi fəaliyyətini davam etdirməyi tövsiyə etmişdi.
1882-ci ilin sonunda Berta "Baden Qadınlar Cəmiyyəti" tərəfindən təklif olunan xəstə baxımı kurslarına da qöşilub. Kursların məqsədi gənc qadınları xəstə baxımı müəssisələrinin rəhbərləri kimi hazırlamaq idi. Lakin bu səfər, zaman baxımından məhdud olduğu üçün Berta təhsilini tamamlaya bilmədi.
Berta xəstəxanadan 29 oktyabr 1882-ci ildə çıxarıldı. Sonrakı illəri haqqında az məlumat olsa da, Vyanada anası ilə birlikdə qapalı bir həyat sürürdüyü bilinir.
Xəstəliyinə rəğmən, Berta Pappenheym güclü şəxsiyyət idi. Breyer onu "ixtiraçı, yüksək intellektə və iti intuisiyaya malik" bir qadın kimi təsvir edib.Studien über Hysterie (Fischer TB 6001) S. 20
Frankfurt Berta 1888-ci ilin noyabrında, 29 yaşında anası ilə birlikdə Frankfurt-Mayn şəhərinə köçüb. Onun Frankfurtda yaşayan qohumlarının bir hissəsi ortodoks, digər hissəsi isə liberal iudaizmə etiqad edirdi. Vyana ilə müqayisədə, burada təkcə xeyriyyəçiliyə deyil, həmçinin elm və incəsənətə də böyük maraq var idi. Qoldşmidt və Oppenheym kimi incəsənət hamisi və kolleksiyaçı kimi tanınan ailələr, xüsusilə Frankfurt Universitetinin yaradılması dövründə elmi və akademik layihələri dəstəkləyirdilər.Например, Фонд Катарины и Морица Оппенгейма оборудовал кафедру теоретической физики франкфуртского университета, а Марк М. Гольдшмидт был членом и меценатом общества изучения природы им. Зенкенберга.
Belə mühitdə intensiv ədəbi yaradıcılığa başlayan Berta Pappenheym, eyni zamanda ictimai fəaliyyətlə də məşğul olub. Berta ilk vaxtlar yoxsullar üçün yeməkxanada çalışır, həmçinin Yəhudi Qadınlar Cəmiyyətinin kimsəsiz qızlar üçün sığınacağında mühazirə deyirdi. 1895-ci ildə o, səlahiyyətli nümayəndə kimi sığınacağa rəhbərlik etməyə başladı, bir il sonra isə bu vəzifəyə rəsmən təsdiq edildi. Berta Pappenheymə qədər sığınacaq qızları müstəsna olaraq yalnız gələcək evliliyə hazırlayırdı. 12 illik fəaliyyəti ərzində o, təhsildə çox işlər görüb.
1895-ci ildə Frankfurtda Ümumi Alman Qadınlar Birliyinin ümumi qurultayı keçirildi. Bu qurultayda iştirak edən Pappenheym, sonra isə Birliyin yerli şöbəsinin yaradılmasına köməklik göstərib. Növbəti illərdə o, "Ethische Kultur" jurnalında qadın hüquqları haqqında məqalələr dərc etdirib, ardınca isə Meri Uolstonkraftın "Qadınların hüquqlarının qorunması" kitabını alman dilinə tərcümə edib.
Yəhudi Qadınlar Birliyi 1902-ci ilin oktyabrında Frankfurtda keçirilən Qadın Alveri ilə Mübarizə üzrə Birinci Alman Konfransında Berta Pappenheym və Sara Rabinoviçə yerli sosial vəziyyəti öyrənmək məqsədilə Qalisiyaya səfər etmək tapşırıldı. 1904-cü ildə dərc olunmuş səfər hesabatında o, aqrar geriliklə başlayan sənayeləşmənin vəhdətini, habelə hasidizm və sionizm arasındakı münaqişədən irəli gələn problemləri yazmışdı.
1904-cü ildə Berlində keçirilən Beynəlxalq Qadın Konfransında milli yəhudi qadınlar cəmiyyətinin yaradılması barədə qərar qəbul edildi. Bu qurum, Helena Lanqe tərəfindən 1894-cü ildə təsis edilmiş Alman Qadın İttifaqı (BDF) kimi, yəhudi qadın cəmiyyətlərinin ictimai və emansipasiya meyillərini birləşdirməli idi. Yəhudi Qadınlar Birliyinin ilk sədri seçilən Berta Pappenheym, bu təşkilata 20 il rəhbərlik edərək, ömrünün sonuna qədər onun fəaliyyətində iştirak etdi. 1907-ci ildə Yəhudi Qadınlar Birliyi BDF-yə qoşuldu. 1914–1924-cü illərdə isə Berta BDF-nin idarə heyətinin üzvü olub.
JFB-nin (Yəhudi Qadınlar Birliyi) məqsədi, qadın hüquqlarının genişləndirilməsi və yəhudi qadınların azad əmək fəaliyyəti tələbini özündə birləşdirirdi; digər tərəfdən isə yəhudi filantropiyasının ənənəvi hədəflərinə — xeyriyyəçiliyə dini vəzifə kimi yanaşma prinsipini rəhbər tuturdu. Berta Pappenheymdə, qadın alverinə qarşı mübarizədə təkcə yəhudi qadınlarından qurban kimi deyil, həm də yəhudi kişilərindən cinayətin icraçıları kimi bəhs edilməsi ciddi qıcıq doğururdu.
Berta yəhudilikdə qadın obrazını tənqid edib. Alman qadın hərəkatının iştirakçısı kimi o, bərabərlik idealının (təhsil və peşə bərabərliyinin) yəhudilik qayda-qanunlarına daxil edilməsini tələb edib.
Berta Pappenheymin 1907-ci ildə Yəhudi Qadınlar Birliyinin (JFB) qurultayının ilk günündə səsləndirdiyiZur Sittlichkeitsfrage. In: Helga Heubach (Hrsg.): Sisyphus-Arbeit. S. 112 — "Yəhudi qanunları üçün qadın nə bir fərd, nə də bir şəxsiyyətdir; o, yalnız cinsi obyekt kimi qəbul edilir və qiymətləndirilir" — fikri ortodoks ravvinlər və yəhudi mətbuatı tərəfindən yaxşı qarşılanmadı. Pappenheymin üzə çıxardığı faktlar — qadın alveri, nikahdankənar doğulmuş yəhudi yetimlərinə qarşı etinasızlıq təkzib edilir, özü isə "yəhudiliyi təhqir etməkdə" ittiham olunurdu.
JFB (Yəhudi Qadınlar Birliyi) durmadan böyüyürdü və 1907-ci ilə qədər 82 bölmədə 32000 üzvü var idi. Üzvlərinin sayı 50000-i keçmişdi ki, bu da onu dünyanın ən böyük xeyriyyəçi yəhudi təşkilatı edirdi.
1917-ci ildə Berta Pappenheym "yəhudi xeyriyyə yardımındakı parçalanmaya son qoyulmasını" tələb etməsi, hələ də fəaliyyət göstərən Almaniya Yəhudilərinin Mərkəzi Xeyriyyə Təşkilatının (Zentralwohlfahrtsstelle der Juden in Deutschland) qurulması ilə nəticələndi. Yeni təşkilatın rəhbərliyində Bertaya, Sidoni Verner köməklik edirdi.
Həmçinin bax Somatik simptom pozğunluğu
İstinadlar