Kazimera Şçuka (; ) — polyak ədəbiyyat tarixçisi, ədəbi tənqidçi, feminist, jurnalist və teleaparıcısı. "The Weakest Link" (Zəif bənd) verilişinin Polşa variantının aparıcısı kimi də tanınır. Həyatı və karyerası Kazimera Şçuka, 22 iyun 1966-cı ildə vəkil və Polşa Xalq Respublikası dövrünün siyasi dissidenti Stanislav Şçuka və həkim, assimilyasiya olunmuş polyak-yəhudi ailəsindən olan Yanina Şçukanın (qızlıq soyadı Vinaver) ailəsində anadan olub. Həmçinin, şahmatçı Şimon Vinaverin nəticəsidir. Mariya Yanionun rəhbərliyi altında magistr dərəcəsi aldığı Varşava Universitetinin məzunudur.
Şçuka, "Gazeta Wyborcza", "Res Publica Nova", "Teksty Drugie" və "Zadra" kimi qəzet və jurnallarda məqalələr dərc etdirib. Həmçinin Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunda gender tədqiqatlarından dərs deyib. O, "Krytyka Polityczna" ziyalılar dairəsi və "Feminoteka" qadın hüquqları təşkilatı ilə əməkdaşlıq edib.
2003-cü ildə o, Polşanın dövlət televiziyası olan Telewizja Polska (TVP) kanalında yayımlanan "Pegaz" mədəniyyət proqramının aparıcılarından biri olub. Manuela Qretkovska ilə canlı müsahibə zamanı açıq şəkildə söyüş işlətdiyi üçün TVP tərəfindən işdən qovulub.
2004-cü ildə Kazimera Şçuka, abort hüququ, doğuma nəzarət və cinsi təhsil kimi mövzuları müzakirə etdiyi "Milczenie owieczek" (Quzuların səssizliyi) adlı kitabını nəşr etdirib.
Şçuka, "Yaşıllar 2004" partiyasının üzvüdür, LGBT hüquqlarının müdafiəçisi və qadınların abort seçimi hüququnun tərəfdarıdır. Həmçinin, "Yaşıl İnstitut" siyasi fondunun Proqram Şurasının üzvüdür.
Kazimera Şçuka, "Wydanie drugie poprawione" verilişində TVN24 üçün çalışır. 2003-cü ildən etibarən TVN kanalında "Najsłabsze Ogniwo" ("Zəif bənd"in polyak versiyası) və "Dwururka" layihələrində fəaliyyət göstərib. O, həmçinin "Top Model" televiziya şousunda münsif, "Milionerzy" ("Milyonçu") yarışmasında isə ekspert qismində çıxış edib.
2022-ci ilin sentyabrında o, RMF FM radiosunda yayımlanan məşhur "RMF FM Günorta Söhbəti" proqramının aparıcısı olub.
Mübahisə 2006-cı ilin martında Şçuka, bir teleproqramda Radio Maryja-da tez-tez dualar oxuyan gənc qadın Maqdalena Buçekə satira hədəfi kimi yanaşaraq, həmin qadının "şikəstlikdən əziyyət çəkdiyini və əlil arabasından istifadə etdiyini" bilmədiyini iddia edib. Şçukanın ictimai üzrxahlığına baxmayaraq, Polşa Milli Yayım Şurası tərəfindən o, "əlil şəxsi təhqir etməkdə və onun dinini ələ salmaqda" təqsirli bilinmiş, çıxış etdiyi telekanal isə 500000 Polşa zlotı məbləğində cərimələnmişdir.
Şçuka daha sonra "The New York Times" və "International Herald Tribune" qəzetlərinə verdiyi müsahibəsində bildirmişdir: "Feminist, yəhudi olduğum üçün mənə nifrət edirlər – əsasən də feminist olduğuma görə".
Seçilmiş əsərləri Kopciuszek, Frankenstein i inne ("Zoluşka, Frankenşteyn və başqaları"), Krakov, 2001 Milczenie owieczek. Rzecz o aborcji, Varşava, 2004 Duża książka o aborcji, Katarzina Bratkovska ilə həmmüəllif; Varşava, 2011 Janion. Transe – traumy – transgresje. 1: Niedobre dziecię Mariya Yanion ilə həmmüəllif; Varşava, 2012 Janion. Transe – traumy – transgresje. 2: Profesor Misia Mariya Yanion ilə həmmüəllif; Varşava, 2012 İstinadlar
Xarici keçidlər Szczuka's profile on the website of the Polish version of The Weakest Link Green Institute