Hantsaviçi və ya Qantseviçi (, ; , ) — Belarusun Brest vilayətində şəhər. Hantsaviçi rayonunun inzibati mərkəzidir.

2025-ci ilin məlumatına görə əhalisinin sayı 13 248 nəfərdir.

Hantsaviçi RLS (Radiolokasiya stansiyası) Rusiyanın erkən xəbərdarlıq radar sisteminin bir hissəsidir.

Etimologiyası Belarus toponimisti Vadim Juçkeviçin sözlərinə görə, "Hantsaviçi" adı Hantsaviç soyadından yaranmışdır.

Tarixi thumb|left|1934-cü ildə 3 May Konstitusiya Gününün qeyd edilməsi Müharibələrarası dövrdə, polyak dilində adlandırıldığı kimi Hantseviçe, inzibati cəhətdən Polşanın Polessye voyevodalığının Luninets qəzasında yerləşirdi.

İkinci Dünya müharibəsindən əvvəl əhalinin 60%-ni yəhudilər təşkil edirdi. 1920-ci və 1930-cu illərdə dörd sinaqoq, yəhudi kitabxanası, uşaq evi, Tarbut məktəbi və idiş dilində məktəb fəaliyyət göstərirdi.

İkinci Dünya müharibəsi 1939-cu ilin sentyabrında Polşanın işğalından sonra əvvəlcə Sovet İttifaqı tərəfindən işğal edildi və Belarus Sovet Sosialist Respublikasına birləşdirildi. 30 iyun 1941-ci ildən 7 iyul 1944-cü ilə qədər Almaniya işğalı altında olmuşdur.

30 iyun — 1 iyul 1941-ci il tarixlərində 16 yəhudinin öldürüldüyü poqrom baş verdi. 15 avqust 1941-ci ildə Hantsaviçidən 11 km uzaqlıqdakı meşədə 350 yəhudi kişi edam edildi. 600 yəhudi isə şəhərin bazar meydanında güllələndi. Başqa bir əməliyyat zamanı 1000 yəhudi kişi 1 kilometr uzaqlıqdakı meşəyə aparılaraq orada güllələndi. 1941-ci ilin noyabrında əmək konsentrasiya düşərgəsi yaradıldı. Yerli yəhudilərdən başqa, burada Lenindən 230, Poqostdan isə 120 yəhudi var idi. Mütəmadi olaraq 70–150 yəhudidən ibarət kiçik edamlar həyata keçirilirdi. Bu edamlardan birində Varşavadan olan 100 yəhudi qaçqını, eləcə də Fiş və Zeger adlı iki yerli ailə edam edilərək Peski dərəsində basdırıldı. 14 avqust 1942-ci ildə 300-dən çox yəhudi düşərgədən qaçdı, qalanları isə güllələndi. Ümumilikdə işğal dövründə Hantsaviçi rayonunda faşistlər tərəfindən 1500 qadın və 850 uşaq da daxil olmaqla 3500 yəhudi öldürüldü.

Əhalisi 1897 – 633 1909 – 1 026Віталь Герасіменя. Першыя крокі на Ганцавіцкі краязнаўчы музэй 1970 – 5 200 1973 – 6 900 1991 – 14 500 2006 – 14 700 2008 – 14 800 2015 – 14 043Statistik bülleten "Численность населения на 1 января 2015 г. и среднегодовая численность населения за 2014 год по Республике Беларусь в разрезе областей, районов, городов, поселков городского типа". 2024 – 13 355

Təhsili Hantsaviçidə 3 məktəb, 1 gimnaziya, kənd təsərrüfatı liseyi və xüsusi internat məktəbi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər Radzima.org saytında şəkilləri Kateqoriya:Belarusun yaşayış məntəqələri Kateqoriya:Brest vilayətinin yaşayış məntəqələri Kateqoriya:Belarus şəhərləri Kateqoriya:Belarusda Holokost yerləri