Ofeliya Cəfər qızı Bağırbəyova () — Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri namizədi, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi.
Ofeliya Cəfər qızı Bağırbəyova 27 iyul 1934-cü ildə Bakı şəhərində doğulmuşdur. Anası tərəfdən Abbasqulu xan İrəvanski və Pənah xan Makinskinin nəslindən gəlir. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmiş və həmin ildən Azərbaycan EA Geologiya İnstitutunda (hazırda AETN Geologiya və Geofizika İnstitutu) işləyir. O. Bağırbəyova 1972-ci ildə "K-Ar üsulu ilə Kiçik Qafqazın şimal-şərq hissəsində qranitoid intruzivlərin yaş bölgüsü" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, ilk dəfə olaraq Azərbaycanda maqmatik süxurların dəqiq radioxronoloji tədqiqini aparmış, həmkarları ilə birlikdə alunitlərin yaşının təyin edilməsi üsulunu işləyib hazırlamış, Böyük Qafqaz, Kiçik Qafqaz, və Talış dağlarının maqmatik süxurlarının maqnit sahəsi variasiyası ilə mütləq yaşı arasında korrelyativ əlaqəni müəyyən etmişdir. Naxçıvan MR-in Şərur-Culfa qalxımı ərazisində radiogeoxronoloji tədqiqatlar aparmış, Üst Paleozoy və Triasın karbonat süxurlarını yaran qabbro-diabaz intruziv və daykaların inkişaf dövrünün mütləq yaşını K-Ar üsulu ilə təyin etmişdir. O. Bağırbəyova 120-dən çox elmi məqalənin müəllifi və 3 monoqrafiyanın həmmüəllifidir.
Əsərləri
Kiçik Qafqazın şimal-şərq hissəsinin maqmatik süxurlarının kalium-Arqon üsulu ilə yaş bölgüsü (). Bakı: Elm, 1979 (həmmüəllif). Orta Kür çökəkliyinin və Böyük Qafqazın Vəndam zonasının mezozoy kompleksinin stratifikasiyası (). Bakı: «El-ALliance», 2002 (həmmüəllif).
Məqalələri
Bağırbəyova О.C., Cəfərova R.S. Радиогеохронологические исследования метаморфизованных плагиогранитов в олистостромовой толще Гейча-Карабахской офиолитовой зоны Малого Кавказа (Азербайджан). Geofizika, 2012, № 1. Bağırbəyova О.C., Cəfərova R.S. Установление источника рудного вещества и времени алунитовой минерализации Загликского месторождения по изотопным данным. "Geoxronoloji izotop sistemlər, onların öyrənilmə usulları, geoloji prosesslərin xronologiyası" izotop geoxronologiya üzrə 5ci Rusiya konfransın materialları, Rusiya, Moskva, İGEM RAN, 2012. Bağırbəyova О.C., Cəfərova R.S. Age definition of Gyzylbulaq copper-cold ore deposit (L.Caucasus) by potassium-argon method. International Earth science colloqium of the Argean region LESCA. Izmir, Turkiye, 2012. Əlizadə X.Ə., Bağırbəyova О.C. Использование цеолитов и бентонитовых глин для решения экологических проблем в нефтегазоносных областях. АNT, Bakı, 2013, № 6. Bağırbəyova О.C., Cəfərova R.S. Изотопный возраст Тутхунской группы интрузивов и связанного с ними золоторудного оруденения (Азербайджан). "Vulkanizm, biosfer və ekoloji problemləri" XVII Beynəlxalq elmi konfransın materialları. Rusiya, Maykop, Tuapse, 2013.
İstinadlar
Xarici keçidlər
Pənah xan Makinskinin nəticəsi Ofeliya Bağırbəyovanın beynəlxalq təşkilatlara müraciəti | Bir Zamanlar İrəvanda (24.11.2024) Ermənilərin sıxışdırdığı İrəvanlı zadəgan nəslinin davamçısı danışdı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI (10.12.2023)
Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycanlı geoloqlar Kateqoriya:SSRİ geoloqları