Eleonora Zementskaya (; ) — polyak filosof və publisisti. O, Polşanın ilk qadın filosofu hesab edilir.

O, "Qadınların təhsili haqqında düşüncələr" əsərini yazmış və "Zəvvar" jurnalının redaktoru olub. and edited the journal Pielgrzym (Pilgrim). O, "anti-hegelçi" və mühafizəkar kimi xarakterizə edilib.

O, atasının müdir kimi çalışdığı, Okentski ailəsinə məxsus Yasienetsdə doğulub. Onun nənəsi (onun da adı Eleonora olub) tərbiyə edib və o, Adam Mitskeviç, Yuzef Bohdan Zalevski və Frantsişek Karpinski kimi müasir romantik şairlərin əsərləri ilə böyüyüb.

O, ilk şeirlərini on bir yaşında, 1830-cu ildə Stanislav Yaxoviç tərəfindən redaktə olunan uşaq jurnalında dərc etdirib. Sonradan o, Tygodnik Polski, Magazyn Powszechny və Pierwiosnka kimi müxtəlif dövri mətbuat orqanları ilə müntəzəm əməkdaşlıq etməyə başlayaraq ədəbi əsərlər (hekayələr, nağıllar) və baş məqalələr dərc etdirib.

1834-cü ildə Antoni Zemyetski ilə ailə həyatı quran Zementskaya, həyat yoldaşı ilə birlikdə Drezdenə gedərək 1840-cı ilə qədər burada yaşayıb. Sonra ailə Varşavaya köçüb.

Anti-Hegelizm Zementskaya Varşavaya köçdükdən sonra, fəlsəfə ilə, o cümlədən Con Lokk, Etyenn Kondilyak və fransız spiritualistlərinin, alman filosoflarının, o cümlədən İmmanuel Kant, Fridrix Vilhelm Yozef Şellinq və Fridrix Hegelin əsərləri ilə maraqlanmağa başlayıb. O, "Pierwiosnek" jurnalında dərc olunan səyahət qeydlərində bu filosoflara istinadlar verirdi.

Zementskaya, Polşa çarlığında Hegelçiliyin artan təsirinə qarşı çıxan mühafizəkar polyak ziyalıları ilə yaxınlaşdı, çünki onlar bu cərəyanı ənənəvi dəyər və sosial nizama təhdid kimi görürdülər. Xüsusilə, o, "Peterburq həftəliyi" jurnalı ilə əlaqəsi olan və "Peterburq qrupu" adlandırılan ənənəvi katolik publisistlər dairəsi ilə – Henri Kjevuski, yepiskop İqnati Holovinski, Stanislav Xolonyevski və Mixail Qrabovski ilə yaxınlaşdı. Zementskaya özü heç vaxt bu dairənin üzvü olmasa da və "Tygodnik" jurnalında yazıları dərc edilməsə də, bu şəxslər onun intellektual fəaliyyətini hər zaman dəstəkləyiblər. Zementskaya bu qrupun Rusiyaya qarşı nümayiş etdirdiyi mütəti münasibətə etiraz edirək, onların ənənəviliyini həddindən artıq ifrat hesab edirdi. Bunun əvəzinə, o, yeni intellektual cərəyanları ənənəvi dini dəyərlərlə sintez etməyə çalışırdı.

Peterburq əlaqələrinin nəticəsi olaraq Zementskaya, Fridrix Hegelin fəlsəfəsinə valeh idi və dövrün alman fəlsəfəsinin, xüsusən də onun panteistik aspektlərinin tənqidinin hazırlamasını öhdəsinə götürmüşdü. Bu, 1841-ci ildə nəşr olunan ilk mühüm fəlsəfi əsəri olan "Fəlsəfi düşüncələr" kitabının ərsəyə gəlməsinə səbəb oldu. Əsərində o, Hegeli tənqid edir və dini inancların muxtariyyətini müdafiə edirdi. Digər tərəfdən, o, İmmanuel Kantın fəlsəfəsinə müsbət yanaşırdı. Bu kitab Zementskayanı ilk polyak qadın filosof kimi tanıtsa da, o dövrdə Bronislav Trentovski, Eduard Dembovski və Friderik Henrik Levstam kimi digər filosoflar tərəfindən geniş şəkildə tənqid edilib. Xüsusilə Trentovski onun əsərinə cavab olaraq, "qadınların fəlsəfə ilə məşğul olmağa haqqı yoxdur" demişdi.

1842-ci ildə "Zəvvar" adlı mühafizəkar-katolik aylıq jurnalını təsis edən Zementskaya, orada ədəbi, fəlsəfi və siyasi esselər, eləcə də fransız dini əsərlərinin tərcümələrini dərc etdirib. Jozef İqnasi Kraszevski kimi mühüm ədəbi simaların dəstəyinə baxmayaraq, jurnal heç vaxt geniş oxucu kütləsi qazana bilmədi və Zementskaya 1846-cı ildə jurnalı bağlamalı oldu.

Qadın hüquqları Zementskaya həmçinin qadınların cəmiyyətdəki roluna və xüsusilə də onların təhsilinə önəm verirdi. 1842-ci ildə "Pierwiosnek" jurnalında yenicə debüt etmiş gənc müəllif Nartsiza Jmixovska ilə tanış oldu. Jmixovska, Zementskayadan təsirlənərək, onun bir çox ədəbi əsərlərini "Pielgrzym" jurnalında dərc etdirdi. Bu dövrdə sözügedən jurnal qadın problemlərini işıqlandıran əsas nəşrlərdən biri idi.

1843-cü ildə Zementskaya "Qadınların tərbiyəsi haqqında düşüncələr" adlı əsərini nəşr etdirdi. O, bu əsərində mənəviyyatın və xarakterin formalaşdırılması ilə bağlı ənənəvi çağırışlara yer verməklə yanaşı, həm də gənc qadınların müasir təhsillə təmin olunması üçün yeni müraciətlər etdi. Onun fikrincə, qadınların təhsili və tərbiyəsi sahəsində həm emosional, həm də intellektual aspektlərə yönəlmiş islahata ehtiyac var idi. Eyni zamanda o, sevgi romanlarını da tənqid edərək, bu romanların təxəyyülü həddindən artıq stimullaşdırdığını, hədsiz emosionallığa səbəb olduğunu və reallıqdan uzaqlaşdırdığını, son nəticədə isə ailədaxili münaqişələrə və həyatda uğursuzluqlara gətirib çıxardığını bildirmişdi.

1860-cı ildə "Studia Ziemięcka" jurnalında dərc olunan "Qadınlar haqqında söz" adlı essesində o, qadınlara dair müxtəlif müasir stereotipləri, o cümlədən qadınları "mənəvi" varlıq kimi görən, eləcə də onların kişilərdən aşağı olduğunu iddia edən baxışları tənqid edirdi. O, qadınların ləyaqətinə, eləcə də fərdiliyinə hörmətlə yanaşılmalı və bunun qəbul edilməlisini müdafiə edirdi. Müəllif bu arqumentlərinin, ilk dəfə 1857-ci ildə "Katolik fəlsəfəsinin xülasəsi" əsərində dərc olunmuş materialın davamı olduğunu qeyd edirdi.

Ədəbi fəaliyyəti Eleonora Zementskaya, gənclər və uşaqlar üçün nəzərdə tutulmuş, "Uşaqların gündəliyi" qəzetində dərc olunan hekayələr, eləcə də xalq nağılları əsasında qələmə alınmış "Xalq hekayətləri" (1860–1861) adlı qısa hekayələr toplusunu yazıb. Bununla yanaşı, Con Henri Nyumenin əsərlərini tərcümə edərək (1858) və bir neçə tənqidi esse dərc etdirib. Realizmə tənqidi yanaşan Zementskaya, ədəbi yaradıcılığında daha çox didaktik və alleqorik hekayələrə üstünlük verib.

İstinadlar