Ruslaşdırmadan imtina (rus. дерусификация) — keçmiş Rusiya İmperiyasının və Sovet İttifaqının müxtəlif dövlətlərində və ya onların müəyyən bölgələrində yerli xalqların milli kimliyini, dilini, mədəniyyətini və ruslaşdırma səbəbindən itirilmiş tarixi yaddaşını bərpa etməyə yönəlmiş bir proses və ya dövlət siyasəti.

Rusiya imperiyasının süqutundan sonra İlk ruslaşdırmadan imtina prosesləri 1917-ci ildə Rusiya İmperiyasının dağılmasından sonra Polşa, Finlandiya, Ukrayna kimi yeni yaranan müstəqil dövlətlərdə, həmçinin Baltikyanı və Qafqaz dövlətlərində özünü göstərməyə başladı.

Moskva müqaviləsindən sonra Rusiya işğal etdiyi Qarsdan çıxmalı və şəhəri Türkiyəyə verməli oldu. 1897-ci il siyahıyaalmasına görə, Qars əhalisinin 7,7 %-i rus idi. Bu statistika miqrasiyalarla sıfırlanmışdır.

SSRİ-dən sonrakı ümumi vəziyyət Keçmiş Sovet İttifaqının Mərkəzi Asiya və Cənubi Qafqaz respublikalarının əksəriyyətində rus əhalisi kütləvi miqrasiya, təbii tənəzzül və yerli xalqlar arasında uzunmüddətli əhali artımı səbəbindən xüsusilə sürətlə azalmağa başladı və bu yerli xalqlar Rusiyada miqrant işçi kimi mövcudluqlarını artırmağa başladılar.

1989-cu il siyahıyaalınmasına əsasən Tacikistanda rusların sayı əhalinin 7,6 %-ni təşkil edirdi. 2020-ci ildə isə bu göstərici təxminən 0,3 %-ə qədər düşərək 29000 nəfər təşkil edib.

Mərkəzi Asiyanın postsovet dövlətlərində rus dilindən təmizlənmə prosesi davam edir. Kiril əlifbasından imtina Sovet İttifaqının dağılmasından sonra bir neçə ölkə öz dillərinin yazılmasında istifadə olunan kiril əlifbasından imtina etməyə qərar verdi. Bunun bir səbəbi də ruslaşdırmadan imtina siyasətidir. Azərbaycan, Moldova, Özbəkistan və Türkmənistan latın əlifbasına keçib, Qazaxıstanda isə keçid prosesnin 2025-ci ildə tamamlanması nəzərdə tutulmuşdu. 2031-ci ilə qədər mərhələli keçid planlaşdırılıb.

Ölkələrdə Ukraynada 2022-ci ildə Rusiyanın Ukraynanı işğalı fonunda Ukraynada bu proses yeni mərhələyə keçdi və sürətləndi. Küçə adları dəyişdirildi, kənd və qəsəbələrdə Sovet-Rusiya abidələri söküldü. Bu prosesə Lvov, Dnepr, Kiyev və Xarkovda da davam edildi. Öz növbəsində, İvano-Frankovsk Ukraynada rus adlarından tamamilə azad olan ilk şəhər oldu.

21 aprel 2023-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski "Ukraynada Rusiya İmperiya Siyasətinin Təbliğatının Qınanması və Qadağan Edilməsi və Toponimiyanın Dekolonizasiyası haqqında" Ukrayna qanununu imzaladı. Bu qanun Rusiyanı simvolizə edən və ya tərifləyən toponimliyi, Ukraynaya (və ya başqa bir ölkəyə) qarşı təcavüz edən şəxsləri, eləcə də Rusiya tərəfindən işğal edilmiş ərazilərdə yaşayan ukraynalılar da daxil olmaqla, Rusiya İmperiyası və Sovet İttifaqı ilə əlaqəli totalitar siyasət və təcrübələri qadağan edir.

Azərbaycanda SSRİ dağıldıqdan sonra Azərbaycanda adları dəyişdirilmiş yaşayış məntəqələrinin tarixi adlarının bərpa edilməsinə başlanıldı.

1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərara görə "-ov" "-yev" rusmənşəli sonluqlu soyadlarının sonluğunu dəyişə və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Bu qərar ölkədə soyadların milliləşdirilməsi ilə bağlıdır.

Müstəqillik qazanıldıqdan sonra Azərbaycanda ruslaşdırmadan imtina prosesi Əbülfəz Elçibəy dövründə yeni mərhələyə qədəm qoydu. Milli valyuta olan manat dövriyyəyə buraxıldı və rubldan manata keçidin əsası qoyuldu. SSRİ dövründən qalan rus ordusu ölkə xaricinə çıxarıldı.

Moldovada Moldova 1940-cı ildə SSRİ-yə birləşdirildikdən sonra ölkənin rəsmi dili olan rumın dilinin adı moldov dili ilə əvəz edildi və kiril əlifbasına keçildi, 1989-cu ilə qədər kiril əlifbasından istifadə edildi. XX əsrin sonlarına doğru ruslaşdırmadan imtina siyasətinə başlanıldı. 2013-cü ildə dilin tarixi adı bərpa edildi. Rus dilinin əhəmiyyəti sürətlə azalmağa başladı. Moldova məhkəməsi 2021-ci ildə rus dilinin xüsusi statusunu ləğv etdi.

Türkmənistanda Türkmənistanda müstəqillik qazanıldıqdan sonra rusdilli təhsil müəssisələri bağlanmış və şagirdlər türkmən məktəblərinə yönləndirilmişdir.

İstinadlar Kateqoriya:Milli dirçəlişlər Kateqoriya:Dil siyasəti Kateqoriya:Mədəniyyət siyasəti Kateqoriya:Suverenlik Kateqoriya:Milliyyətçilik Kateqoriya:Etnofobiya Kateqoriya:Rusofobiya