Tırqu-Mureş (, ; , ) — Rumıniyada şəhər, Mureş judetsinin (vilayətinin) inzibati mərkəzi. 2011-ci ilin məlumatlarına əsasən, şəhər əhalisi 134,290 nəfərdir və Rumıniyanın ən böyük şəhərlərindən biridir.
Tarixi
Şəhərin adı rumın, macar () və alman () dillərindən tərcümədə "Mureş çayı üzərindəki bazar" mənasını verir. 1952–1968-ci illərdə Tırqu-Mureş Macar Muxtar Vilayətinin (sonradan Mureş-Macar Muxtar Vilayəti) paytaxtı olmuşdur.
Uzun müddət şəhər əhalisinin əksəriyyətini macarlar təşkil etmişdir. Hazırda şəhərdə rumınların və macarların sayı təxminən bərabərdir.
İqtisadiyyatı
Maşınqayırma (əsasən yüngül sənaye üçün avadanlıqlar), elektrotexnika, elektronika, kimya və qida sənayesi inkişaf etmişdir. Həmçinin dəri əlcəklər, mebel və geyim məhsullarının istehsalı mövcuddur.
İstinadlar
Xarici keçidlər
Municipal website City guide BC Mureș Official Website Interactive 360° panoramas of Târgu Mureș and its surroundings Târgu Mureș photo gallery Photo gallery and collection of links Photos taken at the Palace of Culture in Târgu Mureș Images taken at the Week-End Holiday Complex in Târgu Mureș by photographer Zsolt Suto Local news on Mureș/Maros TV Local news provided by Erdélyi Magyar Televízió