Əmralı Abdulla İslam oğlu () — azərbaycanlı Sosialist Əməyi Qəhrəmanı (1951).

Həyatı 1925-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Nünəkəran kəndində anadan olmuşdur. Şamaxıda V. İ. Lenin adına sovxozda fəhlə, briqadir (1946–59) işləmişdir. Bakı Ali Partiya Məktəbini bitirdikdən sonra (1965) həmin sovxozda təsərrüfat işləri üzrə direktor müavini vəzfəsində çalışmışdır. 1950-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

3 avqust 2006-cı ildə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri