Bertil Əmrah Odər (; ) — türk hüquqşünası.
O, insan hüquqları, konstitusiya mühakiməsi, müqayisəli konstitusiya hüququ, gender bərabərliyi, parlament hüququ və Avropa İttifaqı hüququ sahəsindəki fəaliyyətləri ilə tanınır.
Həyat və fəaliyyəti Bertil Əmrah Odər 1968-ci ildə anadan olub. Atası jurnalist-yazıçı Hikmət Çetinkaya, anası isə Nəzih Çetinkayadır. İzmir Özəl Türk Kolleci və İstanbul Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. Magistr dərəcəsini, Mərmərə Universiteti Avropa Birliyi İnstitutunda "Avropa Ədalət Məhkəməsi tərəfindən şərh edildiyi və tətbiq olunduğu şəkildə Birlik hüququnun birbaşa təsiri" mövzusundakı dissertasiyasını müdafiə edərək, bitirib. Köln Universitetində "Avropa Birliyi Hüququnda Əqli Mülkiyyətin Spesifik Predmeti" adlı elmi işi ilə 2000-ci ildə doktorluq dərəcəsinə yiyələnib.
1992–2007-ci illərdə İstanbul və Qalatasaray Universitetlərində professor-müəllim heyətinin üzvü olub. Yedditəpə Universiteti və Silahlı Qüvvələr Akademiyasında mühazirələr oxuyub. 2005-ci ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində dosent elmi adını alıb. Sürix, Köln və ABŞ-nin Kaliforniya ştatındakı universitetlərin beynəlxalq proqramlarında tədqiqatçı və dəvət olunmuş professor kimi fəaliyyət göstərib.
2007-ci ildə Koç Universitetinin Hüquq fakültəsində fəaliyyətə başlayıb, Hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə "Henry Morris Beynəlxalq və Müqayisəli Hüquq professoru" seçilib. Koç Universiteti ilə UNESCO arasında imzalanan saziş nəticəsində universitet nəzdində yaradılan UNESCO Gender Bərabərliyi və Dayanıqlı İnkişaf Kafedrasına rəhbərlik edib.
İnsan hüquqları və bərabərlik sahələrində beynəlxalq miqyasda apardığı fəaliyyətlərinə görə 2021-ci ildə Konstitusionizmin Gələcəyi Beynəlxalq Forumunun "Konstitusionizmin Müdafiəçisi mükafatı"na layiq görülüb və Türkiyədən bu mükafatı alan ilk alim olub. 2024-2025-ci illərdə Avropa Universitet İnstitutu tərəfindən beynəlxalq səviyyədə tanınan və yüksək təsir gücünə malik tədqiqatları ilə seçilən təcrübəli sosial elmlər mütəxəssislərinə verilən, həmçinin sosial elmlər sahəsində mühüm yeniliklərə imza atmış tədqiqatçı Fernan Brodelin adını daşıyan "Fernan Brodel adına Baş elmi işçi" fəxri adına layiq görülüb. O, Elmlər Akademiyasının həqiqi üzvüdür.
Kitabları Birlik Hüququnun Əsas doktrinaları, Avropa Birliyi Hüququ daxilində, Tekinalp, Beta nəşriyyatı, 1997, İstanbul, s. 99-141. Avropa Birliyində Əsas Hüquqların qorunması, Avropa Birliyi Hüququ daxilində, Tekinalp, Beta nəşriyyatı, 1997, İstanbul, s. 595-622. Avropa Birliyində Sosial Təminat, Avropa Birliyi Hüququ, Tekinalp, Beta nəşriyyatı, 1997, İstanbul, s. 283-288. Hüququn Spesifik Mövzusu Meyarı, Avropa Birliyi Hüququ daxilində, Tekinalp (Redaktorlar), Beta nəşriyyatı, 1997, İstanbul, s. 560-575. Avropa İnteqrasiyasının Əsas Hüquq ölçüsü, İnsan hüquqları, Yapı Kredi Yayınları, 2000, İstanbul, s. 478-500. Karl Şmitt, Konkret və Zamanla bağlı anlayış kimi dövlət (tərcümə), Dövlət Nəzəriyyəsi, Tərtib edən: Cemal Bali Akal, Dost Yayınevi, 2000, İstanbul, s. 245-254 / 524-525. Ernst Kantoroviç, Orta əsrlər Siyasi təfəkküründə Vətən naminə ölmək - Pro Patria Mori (Tərcümə Düzəlişi), Dövlət nəzəriyyəsi, Tərtib edən: Cemal Bali Akal, Dost Yayınevi, 2000, İstanbul, s. 109-123. Uğurluq tərəfdaşlığı vasitəsilə Konstitusiyanın insani simalarının təkmilləşdirilməsi, Türkiyə - Qarşıdakı yol? daxilində, İsveç Beynəlxalq Əlaqələr İnstitutu, Bertil (redaktor), 2001, Stokholm, s. 72-104. Aktiv Öyrənmə üçün Konstitusiya Hüququ Praktiki məşğələləri; Dosent, Korkut Kanadoğlu ilə birlikdə, Beta nəşriyyatı, İstanbul, 2001. Türkiyənin Avropa Birliyinə üzv olmasının Konstitusiya Məhkəməsi Səviyyəsindəki nəticələri haqqında qeydlər, Türkiyənin AB vizyonu və bunun Alman-Türk əlaqələrinə təsiri, Humboldt-Kolleg, 2004, s. 83.
İstinadlar
Kateqoriya:Türkiyə qadın akademikləri