Bəhram Əfzəli Xoşkibicari () () — İran admiralı, 1980-ci ilin may/iyun aylarından 24 aprel 1983-cü ilə qədər İran Hərbi Dəniz Qüvvələrinin komandanı. O, 1984-cü ildə İranın Tudə Partiyasına gizli üzvlüyü səbəbindən edam edilmişdir.
Hərbi karyerası Bəhram Əfzəli 1937-ci ildə Qum şəhərində anadan olmuşdur. Onun atası din xadimi idi. O, 1957-ci ildə İran İmperiya Hərbi Dəniz Qüvvələrində xidmətə başlamış və təhsilini davam etdirmək üçün İtaliyaya göndərilmişdir. 1961-ci ildə İtaliya Hərbi Dəniz Akademiyasını maşınqayırma və gəmiqayırma ixtisası üzrə bitirmişdir. Daha sonra, 1970-ci ildə gəmi və sualtı qayıq arxitekturası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır.
Əfzəli İran İmperiya Hərbi Dəniz Qüvvələrində mühəndis və kapitan rütbəsində xidmət etmişdir. 1979-cu il inqilabından sonra da Hərbi Dəniz Qüvvələrində xidmətini davam etdirmiş və İran–İraq müharibəsində iştirak etmişdir. İranın o zamankı prezidenti Əbülhəsən Bənisədr 1980-ci ilin iyun ayında onu Hərbi Dəniz Qüvvələrinin komandanı təyin etmişdir. O, həmçinin İran parlamentinin o zamankı sədri Əli Əkbər Haşimi Rəfsəncaninin xüsusi müşaviri olmuşdur.
Əfzəli 1982-ci ilin əvvəllərində Hindistanın gəmiqayırma zavodlarına baş çəkmək və müqavilə imzalamaq məqsədilə bu ölkəyə nümayəndə heyəti göndərməyə nail olmuşdur. Hərbi Dəniz Qüvvələrinin "Bəbr" və "Pələng" esmineslərinin, həmçinin Britaniya imperiyası istehsalı olan "Sam" sinfinə məxsus "Sam", "Zal", "Fəramərz" və "Rüstəm" esmineslərinin əsaslı təmiri üçün Hindistan ilə müqavilə bağlanmışdır. Razılaşmaya əsasən, "Sam" və "Zal" adlı iki esmines Hindistanda əsaslı təmir olunmalı, eyni zamanda bu gəmilərin bütün şəxsi heyəti Hindistanın gəmiqayırma zavodlarına gedərək oradakı mütəxəssislərlə əməkdaşlıq etməli və praktiki təlim keçməli idi. Bundan əlavə, digər iki gəminin hindistanlı mütəxəssislərin köməyi ilə İranın Bəndər-Abbas gəmi təmiri zavodunda təmir edilməsi qərara alınmışdır.
Əlavə olaraq, Əfzali tərəfindən göstərilən səylər nəticəsində şahın Nuşəhrdə yerləşən sarayı bütün geniş infrastrukturu ilə birlikdə bu işə ayrılmışdır. Müxtəlif dənizçilik ixtisasları üzrə təhsil verən bu tədris müəssisəsinin yaradılması ilə Hərbi Dəniz Qüvvələri zabitlərinin 1932-ci ildən 1978-ci ilə qədər ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İtaliya və Türkiyəyə göndərilməsi təcrübəsinə son qoyulmuşdur. Bununla da, hər bir tələbə üçün xərclənən 150 min ilə 200 min dollar arasındakı valyuta vəsaitinə qənaət edilmiş və İran İslam Respublikası öz tarixində ilk dəfə yerli dənizçi zabitlərin hazırlanması üzrə ali hərbi məktəbə sahib olmuşdur.
Həbsi, məhkəməsi və ölümü 1983-cü ilin əvvəlində Əfzəli Tudə Partiyasının min mütəxəssisdən çox digər üzvü ilə birlikdə İslam Respublikası Partiyası tərəfindən həbs edilmişdir. 1983-cü ilin dekabrında hərbi tribunal formasında keçirilən məhkəmə prosesində onlardan 32 nəfəri ölüm cəzasına məhkum olunmuşdur. Məhkəməyə 1986-cı ildə Mehdi Haşimini də dindirən Höccətülislam Məhəmməd Reyşəhri sədrlik etmişdir. Tribunalın keçirildiyi məkan heç vaxt açıqlanmamışdır.
Həmin "Tudə" üzvlərindən on nəfəri edam edilmişdir. 25 fevral 1984-cü il tarixində Bəhram Əfzəli Sovet İttifaqının xeyrinə casusluq ittihamı ilə edam olunmuşdur.
İstinadlar
Xarici keçidlər وبگاه ناخدا افضلی جامعهشناسی جنگ (آمار شهدای جنگ) نگاهی به تاریخچه هشت سال جنگ ایران و عراق اسناد دو دهه مناسبات پنهان میان آمریکا، ایران و عراق اسناد سخن میگویند: بازی دو طرفه میان آمریکا و رهبران و سرداران جنگ ۸ ساله با عراق
Kateqoriya:İran hərbçiləri