III Ərdəşir () və ya Atrakserks () — Sasani imperiyasının hökmdarı.
Həyatı O, II Qubadın oğlu idi.
III Ərdəşir yeddi yaşı olanda hökmdar elan edilmiş və 1 il 6 ay (və ya 1 il 7 ay) hakimiyyətdə olmuşdu. Onun hakimiyyət illərində xəzərlər ölkənin şimal sərhədlərinə hücum etmişdilər. Bu hücumun qarşısını yalınz Şəhrbaraz ala bilmişdi. O, 6 min nəfərlik qoşunla Ktesifona yürüş etmiş, şəhəri mühasirəyə almış və xəyanət yolu ilə şəhəri ələ keçirmişdi. Daha sonra III Ərdəşiri və bir çox digər nüfuzlu şəxsləri öldürmüş və 27 aprel 629-cu ildə taxtı ələ keçirərək hökmdar olmuşdu.
İstinadlar
Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar Kateqoriya:VII əsr monarxları