Əcmən əmirliyi (ərəb: إمارة عجمان) — Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri. 2 dekabr 1971-ci ildə Birləşmiş Ərəb Əmirlikləri federasiyasına daxil olub. 259 kv. km. əraziyə malikdir, bu da onu BƏƏ-in ən kiçik əmirliyi edir. Əhalisi 2024-cü il üçün təxminən 582,852 nəfər idi. Əmirliyin əsas quru hissəsi şimaldan, şərqdən və cənubdan Şarja əmirliyi ilə əhatə olunub.

Əmirliyin əhalisinin təqribən 95%-i Əcmən şəhərində yaşayır. Əmirliyi Naim qəbiləsindən olan Şeyx III Humeyd bin Rəşid Əl Nuaimi idarə edir. Əcmənin vəliəhd şahzadəsi Şeyx Ammar bin Humeyd Əl Nuaimidir.

Coğrafiyası

Əcmən əmirliyi 259 kv km (100 kvadrat mil) ərazini əhatə edir. Əhalinin 95%-i Əcmən şəhərində yaşayır.

Manama və Masfout Əmirlik Əcmən şəhəri ilə yanaşı, dənizə çıxışı olmayan iki eksklavı, Manama və Masfoutu əhatə edir. Manama paytaxtın 73 km şərqində yerləşir və 26 km2 ərazini əhatə edir. Manama Əcmən şəhərindən təxminən 60 km şərqdə, Həccar dağlarının ətəyində düzənlikdədir. Burada maqnezium və xrom karxanaları və mədənləri var. Masfout dağlarda, Əcmən şəhərindən təxminən 110 km cənub-şərqdə yerləşir.

Əcmən şəhərinin əsas ərazisi quru tərəfdən Şarja ilə, Manama isə Şarja və Əl Füceyrə ilə həmsərhəddir. Masfout Oman, Dubay və Ras Əl Xayma ilə həmsərhəddir. Həm Manama, həm də Masfout münbit bölgələrdir və burada kənd təsərrüfatı geniş inkişaf edib.

Əcmən limanı Əcmın Azad zonası üçün yerdir Ajman Free Zone və BƏƏ-nin istehsalının təxminən 15%-nə ev sahibliyi edir. Manamada akasiya və qaf ağaclarına çox rast gəlinir. Xurma bağları və meyvə ağacları plantasiyaları Masfout üçün xarakterikdir.

Administrativ bölmələri və şəhərləri Əmirlikdə üç bələdiyyə var: Əcmən Manama Masfout

Şəhərləri və şəhərətrafı əraziləri Əl Nuaimia Əl Ravda Əl Jerf Əl Zəhya Əl Hamidiya Əl Rumailə Əl Naxil Əl Zorah Əl Heliov Əcmən sənaye sahələri

İdarəetməsi Əcmən əmirliyi 1981-ci ildən Şeyx III Humaid bin Rəşid Əl Nuaimi tərəfindən idarə olunur. Əmirliyin vəliəhdi Şeyx Ammar bin Humeyd Əl Nuaimidir. 1810-cu ildən Əcmən Əl Nuaimi ailəsinin (və ya qəbiləsinin) üzvləri tərəfindən idarə edilir. Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasında Əcmən əmirliyinə dörd senator yeri ayrılıb.Kenneth Katzman. (23 December 2011). The United Arab Emirates (UAE): Issues for U.S. Policy Congressional Research Service

Əcmənin bələdiyyə və planlaşdırma idarəsi 1968-ci ildə yaradılıb və inteqrasiya olunmuş şəhər planlaması, ticarət lisenziyası, tikinti lisenziyası və planlaşdırılması, yolların və vətəndaş infrastrukturunun inkişafı, səhiyyə, kənd təsərrüfatı siyasəti və ictimai parklar üçün cavabdehdir.

Şeyx Rəşid bin Humaid Əl Nuaimi 2005-ci ildən Əcman bələdiyyəsi və Planlaşdırma departamentinin sədridir.

Əcmənin hüquq sistemi BƏƏ Federal qanunları və Federal məhkəmələr tərəfindən idarə olunur.The Role of Judiciary in United Arab Emirates

Hökmdarları

1816-1838: Şeyx Rəşid bin Humeyd Əl Nuaimi 1838-1841: Şeyx Humaid bin Rəşid Əl Nuaimi 1841-1848: Şeyx Əbdüləziz bin Rəşid Əl Nuaimi 1848-1864: Şeyx Humaid bin Rəşid Əl Nuaimi (2-ci dəfə) 1864-1891: Şeyx II Rəşid bin Humaid Əl Nuaimi 1891-1900: Şeyx II Humaid bin Rəşid Əl Nuaimi 1900-1910: Şeyx Əbdüləziz bin Humeyd Əl Nuaimi 1910-1928: Şeyx Humaid bin Əbdüləziz Əl Nuaimi 1928-1981: Şeyx III Rəşid bin Humaid Əl Nuaimi 1981-indiki: III Şeyx Humaid bin Rəşid Əl Nuaimi

Demoqrafiyası

İqtisadiyyatı

Əcmənin ÜDM-i 2012-ci ildə 4,23 milyard ABŞ dolları təşkil etmişdir, burada 1,61 milyard ABŞ dolları ixrac və 600 milyon ABŞ dolları idxal ilə müsbət ticarət balansı olmuşdur.Annual report 2014

Əcmən iqtisadiyyatını istehsal, tikinti, topdan və pərakəndə satış, daşınmaz əmlak və biznes xidmətləri, nəqliyyat, rabitə təşkil edir.Annual report 2013 Sürətlə ticarət, dülgərlik və kağız məmulatları istehsalı, kimyəvi maddələrin və plastik məmulatların təkrar ixracı inkişaf edir.

Əsas ixrac bazarları Körfəz Əməkdaşlıq Şurası ölkələri (31%) və Asiya (27%) tərəfindən təmsil olunub, Afrika və Asiya bölgələri isə ən sürətlə böyüyən ixrac bazarlarıdır. Səudiyyə Ərəbistanı, Qətər, Oman və İran Əcmanın əsas ixrac ticarət tərəfdaşlarıdır. İl ildən Əcmənə qoyulan investisiyalar artır.

Əcmən Azad zonası 1988-ci ildə müxtəlif şirkətləri cəlb edərək və müxtəlif imtiyazlar təqdim edərək əmirliyin sənaye inkişafına rəhbərlik etmək üçün yaradılmışdır.

Daşınmaz əmlak Əcmən 2004-cü ildə BƏƏ-də qlobal investorlara 100% pulsuz mülkiyyət təklif edən ilk əmirlik idi. Əmirlikdə layihələr, o cümlədən qarışıq biznes, turizm və Əcmən One yaşayış zonası üzrə işlər davam etdirilir.

İnkişafı

2004-cü ildə Əcmən əmlak bazarının qlobal investorlar üçün açılmasından sonra, pulsuz mülklərin tətbiqi ilə inkişaf baş verdi və Əcman Əmlakını Tənzimləmə agentliyi yaradıldı, Əcmən Marina layihəsinə start verildi, Beynəlxalq idman tədbirlərini cəlb etmək və əmirlikdə turizmi inkişaf etdirmək üçün investisiyalar qoyuldu. 2016-cı ildə Aqaar yaradılmışdır. Aqaar şəxsi mülkiyyət idarəsi və İctimai əmlak investisiya şirkəti arasında birgə müəssisədir və Əcmən Əmirliyində daşınmaz əmlak sektorunun inkişafında səmərəli rol oynayır.

Gəzməli yerləri

Əcmən fortu əvvəllər Əcmən hökmdarının iqamətgahı idi, lakin 1967-ci ildə Əcman polis idarəsinə təhvil verildi. Sonradan muzeyə çevrildi və Əcmənin həyat tərzini əks etdirən eksponatların kolleksiyasına ev sahibliyi edir. Fort Şeyx Humeyd bin Əbdül Əziz Əl Nuaiminin (1910-1928) hakimiyyəti dövründə tikilib və iki qüllədə dörd otaqdan ibarət idi, lakin 1986-cı ildə bərpa edildi və iki köhnə qülləyə üçüncü qüllə də əlavə edildi.

2 dekabr 2012-ci ildə Manama muzeyi açılıb. Muzey Şeyx Rəşid bin Humaid Əl Nuaiminin (1873 - 1891) hakimiyyəti dövründə tikilmiş Əl Mareer qalasında yerləşir.

Əl Murabaa Gözətçi qülləsi 1930-cu illərdə tikilmişdir.

Əcməndə sahil boyunca müxtəlif atraksionlar, kafe, restoran, mağazalar, otellər və digər istirahət məkanları yerləşir.

Təhsili Əcmən Universiteti 1988-ci ildə Əcmən Universiteti Elm və Texnologiya Kolleci kimi təsis edilib və sonradan Əcmən Elm və Texnologiya Universiteti adlandırılıb. Universitet mühəndislik, informasiya texnologiyaları, stomatologiya, kütləvi kommunikasiya, əczaçılıq və səhiyyə elmləri, biznesin idarə edilməsi, ətraf mühit, su və enerji, təhsil və hüquq üzrə ixtisaslar təklif edən kollecləri olan əsas ali təhsil müəssisəsidir. Universitet həm Stomatologiya, həm də Tibbi ixtisaslar üzrə tədris xəstəxanasını ehtiva edir.

Əcmən Şəhər Universiteti ali təhsil müəssisəsi kimi lisenziyasını 2011-ci ilin avqust ayında BƏƏ Ali Təhsil və Elmi Tədqiqatlar nazirliyindən alıb. Burada həm BƏƏ vətəndaşları, həm də xarici tələbələr təhsil alır.

Əvvəllər Körfəz Tibb Kolleci olan Körfəz Tibb Universiteti 1998-ci ildə Körfəz regionunda aparıcı tibb universiteti kimi yaradılmış və 2008-ci ilin iyulunda Ali Təhsil və Elmi Tədqiqatlar naziri Şeyx Nəhyan Bin Mübarək Əl Nəhyanın əmrindən sonra universitet statusuna layiq görülmüşdür. Onun Xəstəxana kompleksi BƏƏ-də ən böyük səhiyyə təminatçısıdır. Körfəz Tibb Universiteti həm bakalavr, həm də magistratura proqramları təklif edir.

İstinadlar

Xarici keçidlər

Gulf Medical University - Official Website - Ajman Government Ajman Government English

Kateqoriya:Birləşmiş Ərəb Əmirliklərinin əmirlikləri Kateqoriya:Fars körfəzi ölkələri Kateqoriya:Yaxın Şərq dövlətləri Kateqoriya:Orta Şərq dövlətləri Kateqoriya:İslam dövlətləri Kateqoriya:Ərəb Liqasına üzv dövlətlər Kateqoriya:İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Kateqoriya:Krallıqlar Kateqoriya:Monarxiyalar