Nikol Seibert (Hohlox) (; ) — Nikol adı ilə tanınan Almaniya müğənnisi bəstəkarı, musiqiçisi və prodüseri. 1982-ci ildə o, Avroviziya Mahnı Müsabiqəsində qalib gələrək, bu müsabiqədə birincilik qazanan ilk Almaniya təmsilçisi olub.

O, bəzilərini ingilis, niderland və fransız dilləri də daxil olmaqla fərqli dillərdə ifa edib yazdırdığı 25-dən çox studiya albomu və 80-dən çox sinql buraxıb. İfaçı həmçinin özünün bir çox səsyazmaları üçün musiqi və sözlər yazaraq bəstəkarlıq fəaliyyəti ilə də məşğul olub.

Həyatı Nikol Hohlox Qərbi Almaniyanın Saarland vilayətinin Saarbrükken şəhərində anadan olub. O, dörd yaşından çıxış etməyə başlasa da, ilk sinqlı ("Flieg nicht so hoch, mein kleiner Freund") işıq üzü görənə — yəni 16 yaşına qədər kommersiya uğuru qazana bilməyib. Bu mahnı Avstriyada 2-ci pilləyə yüksəlib və bir çox Avropa musiqi hit-paradlarında ilk 40-lıqda qərarlaşıb. 17 yaşında olarkən o, "Ein bißchen Frieden" mahnısı ilə 1982-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub və bu bəstə bir çox Avropa musiqi siyahılarında 1-ci sıraya qalxıb. Müsabiqənin səsverməsi başa çatdıqdan sonra Hohlox mahnının orijinal alman versiyası ilə yanaşı, bəzi hissələrini ingilis, fransız və holland dillərində də ifa edərək mahnını yenidən səsləndirib. İllər sonra verdiyi bir müsahibədə o, İsraildən gələn xallarla bağlı belə bir bəyanat verib: "Amma ən vacib qələbə sülh haqqında mahnı ilə alman qızının İsraildən 12 xal alması idi." Müsabiqədə o, həmçinin İsrail hökumətindən orada xidmət edən əsgərlər üçün oxumaq məqsədilə Təl-Əvivə dəvət aldığını (və bunu qəbul etdiyini) bildirib.

O, mahnının "A Little Peace" adlı ingiliscə versiyasını da yazdırıb və bu bəstə Böyük Britaniyanın "UK Singles Chart" hit-paradında 1-ci yerə layiq görülüb. Beləliklə, bu mahnı Birləşmiş Krallıq hit-paradları tarixində 500-cü bir nömrəli sinql olub. Mahnının həmçinin fransız ("La Paix sur Terre"), holland ("Een beetje vrede"), ispan ("Un poco de paz"), danimarka ("En smule fred"), sloven ("Malo miru"), rus ("Немного мира"), polyak ("Troszeczkę ziemi, troszeczkę słońca") və macar ("Egy kis nyugalmat kívánok én" — Neoton Família ilə birgə) dillərində tam versiyaları da qeydə alınıb. Daha sonra, elə 1982-ci ildə o, üç studiya albomu buraxıb. Onlardan biri alman dilli ("Ein bißchen Frieden"), digəri ingilis dilli ("A Little Peace") və üçüncüsü "Meine kleine Freiheit" albomudur. Alboma adını verən əsas mahnılar kimi, buradakı digər bəstələrin də əksəriyyətinin bir-birinə uyğun gələn alman və ingilis dilli versiyaları mövcuddur. 250px|thumb|left|Nikol Seibert 2007-ci ildə 2005-ci ildə o, həmin ilin may ayında işıq üzü görən "Alles Fließt" albomunun həm də həmmüəllifi (həmprodüseri) olub. 2008-ci ildə isə o, "Mitten ins Herz" albomunu təqdim edib və bu albomun dəstəyi ilə 2009-cu ilin yanvarında başa çatan üç aylıq "unplugged" (akustik) qastrol səfərinə çıxıb. Karyerasının ilk illərində onun yazdırdığı və ifa etdiyi mahnılar əsasən Ralf Zigel, Bernd Maynunqer, Robert Yunq və Jan Frankfurter kimi bəstəkarlar tərəfindən qələmə alınıb. Digər dillərdəki mahnıların səsyazmaları üçün isə o, Pol Qridus, Zak Lorens, Pyer Delano və Jan-Pol Kara kimi şəxslərlə birgə çalışıb. 2016-cı ildə "Traumfänger" studiya albomunu hazırlayarkən Zigel və Maynunqer ilə yenidən əməkdaşlıq edib. Eyni zamanda Hohloxun özü də (Zaybert soyadı ilə) bəzi bəstələrin müəllifi kimi qeyd olunub. 2019-cu ildə işıq üzü görən "50 ist das neue 25" studiya albomundakı mahnılar üçün Haynz Rudolf Kunse, Yens Karstens, Martin Koppehele, Suna Koppehele, Qabi Koppehele və Ciorcio Koppehele ilə birgə fəaliyyət göstərib və həmin albomdakı bir çox mahnının ərsəyə gəlməsində həm də müəllif kimi iştirak edib.

2020-ci ildə Hohlox musiqi sənayesindəki 40 illik yubileyini konsert turnesi ilə qeyd etməyi planlaşdırsa da, COVID-19 pandemiyası səbəbindən bu konsertlərin tarixləri dəyişdirilib.

Daha çox Şlaqer (Schlager) janrının musiqiçisi kimi tanınsa da, o, həmçinin caz, pop, rok və qospel janrlı mahnılar da yazdırıb buraxıb.

Şəxsi həyatı Hohlox Marlis və Ziqfrid Hohlox cütlüyünün dörd övladından biridir. O, Saarlandın Noxfelden adlı kiçik icmasında bir qardaşı və iki bacısı ilə birlikdə böyüyüb. Məhz orada məktəbə gedib və orta təhsilini başa vurub. İfaçı doğma şəhəri Noxfeldenin fəxri vətəndaşıdır. Hohlox 14 yaşından bəri tanıdığı uşaqlıq dostu Vinfred Zaybert ilə 17 avqust 1984-cü ildə rəsmi nikaha daxil olub. Bir gün sonra isə onlar kilsədə toy mərasimi keçiriblər. Cütlüyün iki övladı var və onlar Noxfeldenin Noykirxen kəndində yaşayırlar.

O, kilsələrin ab-havası və akustikası səbəbindən orada konsertlər verməyi çox sevir. Uşaqlıqdan bəri öz mənəviyyatında daxili suallarına cavab tapıb və qoruyucu mələklərin onu qoruduğuna qətiyyətlə inanır. Onun bu inancı həyatındakı bəzi hadisələrlə daha da möhkəmlənib. Belə hadisələrdən birində — 2004-cü ilin qışında, 220 000-dən çox insanın ölümünə səbəb olan sunami fəlakətinin baş verdiyi ərəfədə Hohlox Tailanda səyahət planlaşdırıbmış. Lakin dostlarının ciddi tövsiyələrini nəzərə alıb Tailand səfərini ləğv edərək əvəzində Cənubi Afrikaya yollanıb.

O, uşaq istismarının qarşısının alınması və Filippindəki kimsəsiz uşaqların sağlam fəaliyyəti kimi müxtəlif humanitar layihələrə dəstək verir. İfaçı həmçinin Rett sindromundan əziyyət çəkənlər üçün və "zəncirsiz həyat" naminə kampaniyalarda fəal iştirak edir. O, "Welthungerhilfe" (Aclıqla Qlobal Mübarizə) təşkilatının xətti ilə iki dəfə Afrikada səfərdə olub.

Fəxri adlar və mükafatlar 1982: Avroviziya Mahnı Müsabiqəsində birinci yeri tutaraq qalib olub. 1983: Tokioda keçirilən Dünya Populyar Mahnı Festivalında "So viele Lieder sind in mir" mahnısı ilə iştirak edib və ikinci yeri qazanıb. 1991: "Ein leises Lied" mahnısı ilə Almaniya Şlaqer Paradının (Schlagerparade) qalibi olub. 1993: 1992-ci ilin nəticələrinə görə "Ən yaxşı qadın şlaqer ifaçısı" nominasiyasında "Echo" mükafatına layiq görülüb. 1999: Saarland vilayətinin "Xidmətlərə görə" ordeni ilə təltif edilib.

Diskoqrafiyası

Studiya albomları İlAdıİlk dəfə yayımlanması1981Flieg nicht so hoch, mein kleiner Freund 19811982Ein bißchen Frieden 17 iyun 19821982 A Little Peace oktyabr 1982 1982 Meine kleine Freiheit noyabr/dekabr 19821983So viele Lieder sind in mir 10 oktyabr 19831985Gesichter der Liebe 19851986Laß mich nicht allein 19861987Moderne Piraten 19871988So wie du 19881990Für immer...für ewig... 19901991Und ich denke schon wieder nur an dich 2 sentyabr 19911992Wenn schon...denn schon 9 noyabr 19921993Mehr als nur zusammen schlafen gehn 4 oktyabr 19931994Und ausserdem 24 oktyabr 19941996Pur 3 iyun 19961998Abrakadabra 20 aprel 19981999Visionen 20 sentyabr 19992001Kaleidoskop 2 aprel 20012002Ich lieb dich 9 sentyabr 20022004Für die Seele 3 may 20042005Alles fließt 30 may 20052006Begleite mich 24 mat 20062008Mitten ins Herz 8 fevral 20082009Meine Nummer 1 19 iyun 20092012Jetzt komm ich 16 mart 20122013Alles nur für Dich 10 may 20132014Das ist mein Weg 24 oktyabr 20142016Traumfänger 15 aprel 2016201712 Punkte 14 aprel 2017201950 ist das neue 25 11 oktyabr 2019

İstinadlar

Xarici keçidlər

Official Website Nicole's worldwide records

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:XXI əsr aktrisaları