alt=چلیپای نستعلیق، کتابخانۀ کاخ گلستان|thumb|Nizamiyə aid şeirlə birlikdə Nəstəliq xaçı, Gülüstan Sarayı Kitabxanası: Ey Allahım, Ona həmd olsun! Hər düşüncəni yaşadım. Səndən daha səxavətli insan yoxdur. Xüsusilə də dərimə gələn krem üçün. Qafiyənin keçidində, indi qurd Yazıq Məhəmməd Hüseyn Əl-Təbrizi Məhəmmədhüseyn Təbrizi (hicri 985-ci, miladı 1577-ci ildə vəfat edib, ləğəbi "Məhin Ustad" və ya "Böyük Ustad") XVI əsrin güney azərbaycanlı nəstəliq yazıçısı və Mir İmad Qəzvini və Əli Rza Abbasi kimi böyük xəttatların müəllimi, azərbaycanlı Mövlana İnayətullah Şeyxülislamın oğlu və Mövlana Məhəmməd Əlinin qardaşıBerthels, E. (1993). "Muḥammad Ḥusayn Tabrīzī". In Bosworth, C. E.; van Donzel, E.; Heinrichs, W. P. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, Second Edition. Volume VII: Mif–Naz. Leiden: E. J. Brill. ISBN 978-90-04-09419-2فضایلی ۳۴۹-۳۵۰ و ۴۹۵-۴۹۶وب‌گاه مقالات علمی ایران.

Həyatı O, öz dövrünün alimləri arasında sayılıb-seçilib, fəzilət, kəmal və sənət sahibi hesab edilib, şeir yazıb və bu zaman "Məhzun", yəni "Qəmli şair" təxəllüsündən istifadə edibبیانی، مهدی ص ۶۸۰ - ۶۸۳.

Məhəmmədhüseyn Təbrizi əvvəlcə təhsillənməyə diqqət edib, ərəb ədəbiyyatı və qrammatikasına mükəmməl yiyələnib. O, gəncliyində Məşhədə gedərək, Seyid Əhməd Məşhədi və xəttat Mir Heydərdən dərs alıb, sonra Məlik Deylaminin yanına xəttatlığını təkmilləşdirib. O, epiqrafika istiqamətində məharət göstərib, II Şah İsmayılın hakimiyyəti dövründə hökumət binaları üçün epiqraflar (daş lövhələr) hazırlayıb.

M.H.Təbrizinin şöhrəti elə artıb ki, Mir İmad Qəzvini gəncliyində Qəzvindən ayrılıb Təbrizə gedərək ondan dərs alıb. Deyilənə görə, Mir İmad bir gün xəttatlığının bir parçasını Məhəmməd Hüseyn Təbriziyə göstərib, o da cavabında belə deyibوب‌گاه دانشگاه آزاد اسلامی واحد مبارکه: "Əgər belə yaza bilirsənsə, yaz, əks halda qələmini yerə qoy."Mir İmdadda özünü müdafiə edərək deyib, "Bunu özüm yazmışam".Sonra Böyük Ustad onun yanağından öpüb, əl yazısını gözlərinin üstünə qoyaraq, deyibفضاپلی: "Bu gün sən xəttat ustasısan və artıq şəyirdliyə ehtyacın yoxdur" .M.H.Təbrizi öz növbəsində Mir Seyid Əhməd Məşədinin və Malik Deyləminin tələbəsi hesab olunur.

Təbrizinin məşhur tələbələri ilə bunlardır: Məhəmməd Rza Təbrizi, Behbud Şahanşahi, Məhəmməd Şərif, Əlirza Təbrizi və Mir İmad Qəzvini varفضایلی ۳۴۹-۳۵۰ و ۴۹۵-۴۹۶.

Onun ölüm tarixinin qeydində fərqlər var. Belə ki, bəzi mütəxəssislər M.H. Təbrizinin vəfat tarixi kimi Şah Təhmasibin dostu, nəstəliq ustası Seyid Əhməd Məşhədi ilə eyni ili (hicri 986, miladi 1578), digərləri isə "Tərbit əs-Səmiət əl-Azərbaycan" ("Azərbaycan alimlərinin yetişdirilməsi") kitabında qeyd edilən hicri 982, miladi 1574-cü ili, başqaları isə Hidayətullah Sepehrinin öz "Təzkirə"sində qeyd etdiyi hicri 980, miladi 1572-ci ili qeyd edilrlər. Lakin onun Yaxın dostu Hafiz Hüseyn ibn Kərbəlayi isə gün və ay da əlavə edərək hicri 985, miladi 1577-ci il Rəcəb ayında Qəzvində vəfat etdiyini qeyd etmişdir ki, bu daha doğru görünür. Hər halda, dəqiq olan odur ki, o, gəncliyində vəfat etmiş və Tarixi-aləmarayi-Abbasi (Abbasinin Dünyagörüşü) kitabının tərtib olunduğu vaxt çoxdan vəfat etmişdi.

Ölümünə az qalmış ustadı M.H. Təbirizi Mir İmaddan xahiş edib ki, onun qələmin mədhinə həsr edilmiş şerlərini təlimat şəklində tərtib etsin: Bəşərin ən gözəl irsi-qələmdir, bu incə mətləbi unutma! Kainat qələmin sayəsində şan və şərəfə çatıb, Əgər qələm olmasaydı, kainat da olmazdı. Kim qələmdən fayda götürməyibsə, onu böyük ağıl sahibi sayma! Qələm möcüzəkardır, qələm canverəndir, qələm bələdçidir, qələm sarvandır Hər həvəskar qələmin qədrini bilməz, onun qiymətini yalnız xəttatlar anlar!

Əsərləri Onun əsərlərinə aşağıdakılar daxildir:

Xacə Abdullah Ənsarinin bir "Münacaat" nüsxəsi, gözəl iki dənək (iki dank) ilə qələmə alınmış, rəqəmli: «Günahkar qulun əli ilə Əl-Risalə tamamlandı — Məhəmmədhüseyn əl-Təbrizi, Allah onun günahlarını bağışlasın». Sənainin «Hədiqət əl-həqiqə» əsərindən seçmə bir nüsxə olan, iki yarım dənək (dank) gözəl xəttlə qələmə alınmış, rəqəmi: «Təmmət ər-risalə əş-şərif əla yəd əl-fəqir Məhəmmədhüseyn ət-Təbrizi». Və müxtəlif digər parçalar ki, onların ən incəsi bəlkə də Vəliyəddin Əfəndinin mürəqqəsindəki bir parçadır, dudoang və yarım dudoang xətt ilə və əla kitabətlə, rəqəmli: "Nəmqa əl-Əbd Məhəmməd Hüseyn əl-Təbrizi, Allah ona rəhmət etsin" bir əsərdir.

İstinadlar Kateqoriya:1577-ci ildə vəfat edənlər