Vitold Marek Çamara (; ), daha çox səhnə adı olan Donatan ilə tanınır — Polşa musiqiçisi, musiqi prodüseri və səs mühəndisi. Donatan Teka ilə birlikdə "RafPak" layihəsini yaratmışdır.
Həyatı və karyerası Donatan rus ananın və polyak atanın ailəsində anadan olmuşdur. Musiqi fəaliyyətinə 2002-ci ildə başlayan sənətçinin debüt albomu olan "Brudne południe" 2007-ci ildə işıq üzü görmüşdür. Donatan səkkiz il ərzində Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yaşamışdır və 2004-cü ildən evlidir. Donatan slavyan neopaqanizminin ardıcılı olduğunu bəyan etmişdir. O, panslavyanizm, bütpərəstlik və satanizm təbliğatı aparmaqda, həmçinin Qırmızı Ordunu dəstəkləməkdə, oraq və çəkic də daxil olmaqla kommunist simvollarını təşviq etməkdə ittiham olunaraq tez-tez tənqid hədəfinə çevrilmişdir.
Musiqiçi 2013-cü ildə Kleo ilə birlikdə "MTV Europe Music Awards" müsabiqəsində "Ən yaxşı Polşa ifaçısı" nominasiyasına namizəd göstərilmişdir. 2014-cü ildə Polşanın "Telewizja Polska" (TVP) yayım şirkəti Donatan və Kleonun Danimarkanın Kopenhagen şəhərində keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Polşanı "My Słowianie" mahnısı ilə təmsil edəcəyini elan etmişdir.
Diskoqrafiya
Albomlar Başlıqlar Təfərrüatlar Pik çart mövqeyi SertifikasiyalarPOLRównonoc. Słowiańska dusza Buraxılış tarixi: 26 oktyabr 2012 Leybl: Urban Rec Format: CD, rəqəmsal yükləmə 1 ZPAV: DiamondHiper Chimera (ft. Cleo) Buraxılış tarixi: 7 noyabr 2014 Leybl: Urban Rec Formats: CD, rəqəmsal yükləmə 1 ZPAV: 2× Platinum
Sinqllar Başlıq İl Pik çart mövqeyi Albom POL POLNew "Nie lubimy robić" (ft. Borixon & Kajman) 2012 — 1 Równonoc. Słowiańska dusza "Niespokojna dusza" (ft. Chada, Słoń & Sobota) — — "Z dziada-pradziada" (ft. Trzeci Wymiar) — — "Z samym sobą" (ft. Sokół) — —"Nie lubimy robić (Remixy)"2013 — —Albomsuz sinql "My Słowianie" (with Cleo) 2 2Hiper Chimera "Cicha woda" (ft. Cleo & Sitek) 2014 11 1 "Slavic Girls" (with Cleo) — —Albomsuz sinql "Slavica" (ft. Cleo) — —Hiper Chimera"My Słowianie Remixes" (ft. Cleo) — —Albomsuz sinql"Slavic Girls Remixes" (ft. Cleo) — — "Ten czas" (ft. Cleo & Kamil Bednarek) — —Hiper Chimera "Brać" (ft. Cleo & Enej) — 1 "Pełnia"2015 19 3Albomsuz sinql "—" siyahıya daxil olmayan və ya yayımlanmamış sinqlı bildirir.
Musiqi videoları İl Başlıq Rejissor Albom İst.2012"Z dziada-pradziada"Pyotr TutkaRównonoc. Słowiańska dusza"Niespokojna dusza""Nie lubimy robić"Pyotr Smolenski, Pyotr Tutka"Słowiańska krew"Pyotr Smolenski"Z samym sobą""Budź się""Szukaj jej tu"UrbanCity, SSG"Noc Kupały"Pyotr Smolenski2013"Nie lubimy robić"Dariusz Szermanowicz, Łukasz Tunikowski, Grupa 13Nie lubimy robić (Remixy)"My Słowianie"Pyotr SmolenskiHiper Chimera2014"Cicha woda""Slavica""Brać""Sztorm"
İstinadlar
Kateqoriya:Polşa müğənniləri Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr müğənniləri