"Før vi går hjem" () — Danimarka aktyoru, müğənnisi və mahnı müəllifi Syoren Torpeqaard Lunnun ifa etdiyi mahnı. Kompozisiya 22 yanvar 2026-cı il tarixində "Little Yellow House" leybl şirkəti tərəfindən buraxılmışdır. Mahnının müəllifləri Lundun özü, Klara Sofi Fabritsius, Tomas Meylstrup və Valdemar Litauer Bendiksendir. Sinql Danimarka sinql hit-paradında dördüncü yerdə qərarlaşmışdır. Bu əsər Avroviziya Mahnı Müsabiqəsində Danimarkanı təmsil etmişdir.

"Dansk Melodi Grand Prix 2026" "Dansk Melodi Grand Prix 2026" Avroviziya Mahnı Müsabiqəsi üçün Danimarka təmsilçisinin seçildiyi eyniadlı musiqi yarışmasının 56-cı buraxılışıdır. Tədbir 14 fevral 2026-cı il tarixində Frederikshavn şəhərindəki "Arena Nord" idman-konsert kompleksində baş tutmuş, "DR1" telekanalı və onlayn şəkildə "DRTV" platforması vasitəsilə yayımlanmışdır. Müsabiqədə ümumilikdə səkkiz mahnı mübarizə aparmış, qalib isə iki mərhələli səsvermə yolu ilə müəyyənləşdirilmişdir. Birinci mərhələdə tamaşaçıların və 20 nəfərdən ibarət münsiflər heyətinin birgə səsverməsi nəticəsində ən çox xal toplayan üç mahnı superfinala vəsiqə qazanmışdır. Superfinalda qalib yenidən münsiflər və tamaşaçıların səsverməsi ilə seçilmişdir. Münsiflər heyətinin tərkibinə 10 beynəlxalq və 10 danimarkalı üzv daxil edilmişdir. Tamaşaçılar səsvermədə SMS və ya müsabiqə üçün xüsusi olaraq hazırlanmış mobil tətbiq vasitəsilə iştirak etmişlər. Tətbiqdən istifadə edən hər bir şəxsə hər mərhələdə hər mahnı üçün üç pulsuz səsvermə hüququ verilmişdir.

Avroviziya 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsi Vyanada təşkil olunmuşdur. Müsabiqə müvafiq olaraq mayın 12-də və 14-də keçirilən iki yarımfinal mərhələsindən ibarət olmuş, final isə 16 may 2026-cı il tarixində baş tutmuşdur. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasiminə əsasən, Danimarka ikinci yarımfinalın ikinci hissəsində çıxış etmək hüququ qazanmışdır. Kompozisiya final mərhələsində 7-ci yeri tutmuşdur.

İstinadlar

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları