Cəssas ibn Mürrə əl-Bəkri (; ) — Cahiliyyə dövrünün ərəb şairi və Bənu Bəkr qəbiləsinin lideri.

Həyatı 40 il davam etmiş Bəsus müharibəsinə səbəb olmuş Bəsus adlı qadın onun xalası idi.

Rəvayətə görə Sərab adlı dəvə qonşu qəbilənin otlağına girmiş və orada digər dəvələrlə birlikdə otlamağa başlamışdır. Bunu görən Bənu Təğlib qəbiləsindən Küleyb (Cəssasın bacısı Cəlilə bint Mürrə həyat yoldaşı) dəvəni yaralamış, dəvə isə yaralı halda sahibin — Səd əl-Cərminin yanına qaçmışdır. Səd əl-Cərmi də vəziyyəti Bəsusa danışmışdır. Bəsus da fəryad edərək bu haqda şeirlər söyləmişdir. Bundan xəbər tutan Cəssas qisas almaq məqsədilə Küleybi öldürmüş və bundan sonra Bənu Bəkr ilə Bənu Təğlib qəbilələri arasında 40 il davam etmiş Bəsus müharibəsi başlamışdır.

Bu müharibədə Cəssas dayısını, qardaşını, dayısı oğlunu və çoxsaylı həm yerlisini itmişdir. Davam edən döyüşlərdə Bənu Təğlib qəbiləsi üstünlüyü əlində saxlasa da, Mühəlhil Cəssası öldürmək qərarına gəlmişdir. Cəssas isə atasının istəyi ilə Dəməşqə yollanmış, bunu eşidən Mühəlhil onu öldürmək üçün adamlarını göndərmiş və Cəssas bu qrup tərəfindən qətlə yetirilmişdir.

İstinadlar