Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komissiya (qısaldılması: INHIGEO; ) — Geologiya və yer haqqında elmlərin tarixi sahəsində tədqiqat aparan dünyanın 300-dən çox tanınmış alim və tədqiqatçısını özündə birləşdirən beynəlxalq qeyri-hökumət elmi təşkilatıdır. Komissiya struktur baxımından həm Beynəlxalq Geologiya Elmləri İttifaqının (IUGS), həm də Beynəlxalq Elm Şurası nəzdində fəaliyyət göstərən Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqının (IUHPST) tamhüquqlu üzvüdür.
Tarixi
thumb|280px|INHIGEO Prezidenti B. Kuper təşkilatın tarixi haqqında məruzə edir, 2017-ci il
Beynəlxalq komitənin prototipi rolunu SSRİ-də fəaliyyət göstərən Geoloji Biliklərin Tarixi və Geoloji Öyrənilmə üzrə Komissiya — SSRİ-nin Geoloji Öyrənilməsi Komissiyası (KOQİ) oynamışdır. Bu komissiya 1961–1992-ci illərdə 1800-cü ildən başlayaraq bütün SSRİ ərazisini əhatə edən 52 cildlik (1050 kitabdan ibarət) "SSRİ-nin Geoloji Öyrənilməsi" fundamental elmi əsərini nəşr etmişdir.
KOQİ-nin təşkilati strukturu, iş təcrübəsi və geniş elmi əlaqələri 1960-cı illərin əvvəllərində geologiya tarixi üzrə beynəlxalq təşkilatın yaradılması planlarının əsasını qoymuşdu. Bu prosesdə əsas rolu V. V. Tixomirov oynamışdır. Bu təşəbbüs Aleksandr Vinoqradov və İ. İ. Qorski başda olmaqla SSRİ Geoloqlarının Milli Komitəsi tərəfindən tam dəstəklənmişdi.
Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komitə 14–22 dekabr 1964-cü ildə Yeni Dehlidə keçirilən Beynəlxalq Geologiya Konqresinin 22-ci sessiyasında Sovet nümayəndə heyətinin təklifi ilə Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komitənin yaradılması layihəsi qəbul edilmişdi. SSRİ Geoloqlarının Milli Komitəsinə məsləhətləşmə görüşünü təşkil etmək səlahiyyəti verilmiş və bu prosesdə KOQİ aktiv iştirak etmişdi. İyirmi ikinci sessiya (1964, Yeni Dehli, Hindistan) mantiya problemləri, okean çökəkliklərinin (əsasən Hind okeanının) geologiyası, qlobal miqyasda tektonika və metallogeniya haqqında məruzələri dinləmişdi. Sovet nümayəndə heyətinin təklifi ilə BGK nəzdində Geologiya Elmlərinin Tarixi üzrə Daimi Komitənin (INHIGEO) yaradılmasına qərar verilmişdi.Beynəlxalq Geologiya Konqresinin İyirmi İkinci Sessiyası, 1964.
1967-ci ildə İrəvanda (Ermənistan SSR) Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komitənin (INHIGEO) Təsis Yığıncağı və Ermənistanda dağ-mədən və geoloji biliklərin ən qədim inkişaf mərhələsi probleminə həsr olunmuş simpozium keçirilmişdi.Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komitənin Təsis Yığıncağı və Ermənistanda Dağ-mədən və Geoloji Biliklərin Ən Qədim İnkişaf Mərhələsi Probleminə Həsr Olunmuş Simpozium: Tezislər. İrəvan: Ermənistan SSR EA Nəşriyyatı, 1967. 73 s. 8 iyun 1967-ci ildə İrəvanda müxtəlif ölkələrdən olan Təsis Yığıncağının ilk üzvləri (INHIGEO-nun qurucuları) seçilmişdi:
— V. P. van Lekveyk — V. A. Eyls — Martin Quntau — N. Spyeldnes — J. M. Askona — Reyer Hoykaas — J. B. Voterhaus — S. Çarnetski — İvan Qorski — Q. E. Mürrey — Andre Kayö — R. Martens — K. Zapletal — G. Regnel — T. Vatanabe.
1968-ci ildə Beynəlxalq Geologiya Konqresinin Praqada keçirilən 23-cü sessiyasında Təsis Yığıncağının INHIGEO-nun Beynəlxalq Geologiya Elmləri İttifaqı (IUGS) və Beynəlxalq Elm Tarixi və Fəlsəfəsi İttifaqının (IUHPS) hikaylsi altında yaradılması barədə qərarı rəsmən təsdiqlənmişdi.
Geologiya Elmlərinin Tarixi üzrə Beynəlxalq Komissiya 1980-ci ildə "komitə" statusu dəyişdirilərək Beynəlxalq Geologiya Elmləri İttifaqının birbaşa tərkibinə daxil olan rəsmi "komissiya"ya çevrilmişdi.
INHIGEO-nun strukturu seçilmiş həqiqi üzvlərdən və assosiasiyalaşmış üzvlərdən (keçmiş müxbir üzvlər) ibarətdir. 2016-cı ildə komissiyaya 57 ölkədən 289 alim və 10 assosiasiyalaşmış təşkilat daxil idi.Annual Record № 48. 2016 (2015-ci il üzrə illik hesabat ) 2017-ci ilin dekabr ayında INHIGEO-nun 20 fəxri baş üzvü (Honorary Senior members) və 295 həqiqi üzvü var idi.INHIGEO Circular 2017, N. 4: December 2017. P. 6. 2018-ci ilin dekabr ayında isə fəxri üzvlərin sayı 20, həqiqi üzvlərin sayı isə 301 nəfərə çatmışdı.INHIGEO CIRCULAR 2018, N. 4: December 2018. P. 6.
Rəhbərlik INHIGEO-nun rəhbərliyinə rəyasət heyəti: Prezident, dünyanın iri regionları üzrə vitse-prezidentlər və Baş katib daxildir.
Komitə və komissiyanın rəhbər şəxsləri (seçildikləri ilə görə):
Prezidentlər: 1967 — Vladimir Tixomirov 1976 — Reyer Hoykaas 1984 — Qordon Kreyq 1989 — Martin Quntau 1992 — D. Branaqan 1996 — Hyu Torrens 2000 — Manuel Pinto 2004 — Filip TakeINHIGEO Newsletter 2007. N 40. 2008. P. 3–4. 2008 — Silviya FigeiraINHIGEO Newsletter 2007. N 40. 2008. P. 31–34. 2012 — Kennet Teylor 2016 — Barri Kuper 2020 — Etsio Vakkari.
Baş katiblər:
1969 — Kazimir Maslyankeviç 1976 — Martin Quntau 1984 — Endre Dudiç 1989 — Ursula MarvinINHIGEO Newsletter N 23. 1991.INHIGEO Newsletter N 25. 1993. 1996 — Devid Oldroyd 2004 — Kennard Bork 2008 — Barri Kuper 2016 — Marianna Klemun 2020 — Martina Kölbl-Ebert.
INHIGEO-nun rəhbər heyəti (2020-ci ildən etibarən):INHIGEO Board of Management elected for the period 2020–2024 // INHIGEO CIRCULAR. 2020, N 1. March 2020. Prezident — Etsio Vakkari Baş katib — Martina Kölbl-Ebert Keçmiş prezident — Barri Kuper Avropa üzrə vitse-prezident — Marianna Klemun Asiya üzrə vitse-prezident — Tosihiro Yamada Avstraliya və Okeaniya üzrə vitse-prezident — Kerol Bekon Afrika üzrə vitse-prezident — Şarad Master Latın Amerikası üzrə vitse-prezident — Mariya Marqaret Lopes Şimali Amerika üzrə vitse-prezident — Stiv Rouland Redaktor — Con Dimer Veb-master — Yohannes Mattes "Episodes" jurnalının koordinatoru — Karen S. Kuk
Təşkilatın fəaliyyəti thumb|Geoloji ekskursiya. INHIGEO-nun 44-cü Simpoziumu (İtaliya, 2019-cu il)
INHIGEO dünyanın müxtəlif ölkələrində geoloji biliklərin tarixinə dair tədqiqatların bütün formalarının inkişafına yaxından kömək edir. Komissiyanın qarşıya qoyduğu ən mühüm ilkin məqsədlərdən biri "Geologiya Elmlərinin Ümumi Tarixi" adlı kollektiv fundamental elmi əsərin ərsəyə gətirilməsi olmuşdur.INHIGEO-nun Təsis Toplantısı: [İrəvan. 6–8 iyun 1967-ci il]: Məruzələr. İrəvan: Ermənistan SSR EA Nəşriyyatı, 1970. S. 351–354.
Təşkilat müxtəlif ölkələrdə geologiya elmlərinin tarixi üzrə aparılan tədqiqatları əlaqələndirir, həmçinin yer elmlərinə qonşu və yaxın olan digər elm sahələrinin tarixi təşkilatları, geologiya tarixçilərinin milli ittifaqları və fərdi tədqiqat qrupları ilə sıx əlaqələr saxlayır.
Komissiyanın müasir vəzifələrinə aşağıdakılar daxildir: Müxtəlif ölkələrdə Geologiya fənlərinin və yer elmləri tsiklinin tarixinin öyrənilməsinə dair elmi tədqiqatların aktivləşdirilməsi; Yer elmlərinin tarixi ilə məşğul olan regional, milli və beynəlxalq təşkilatların fəaliyyətinin əlaqələndirilməsi; Üzvlərin fəaliyyəti haqqında hesabatları və geologiya tarixinə dair ən son yenilikləri özündə əks etdirən illik informasiya bülleteninin mütəmadi nəşri (1967-ci ildən bəri: INHIGEO Newsletter / Annual Record); Geologiya tarixi üzrə beynəlxalq simpoziumların və elmi konfransların təşkili; Müxtəlif nüfuzlu nəşriyyatlarla və elmi jurnallarla, o cümlədən beynəlxalq yer elmləri jurnalı olan "Episodes" ilə müştərək layihələrin həyata keçirilməsi.Episodes — Journal of International Geosciences.
Hər il komissiyanın fəaliyyətini işıqlandıran rəsmi "INHIGEO Annual Record" hesabatlar məcmusu işıq üzü görür. Bu elmi məcmuda komissiyanın ümumi fəaliyyəti ilə yanaşı, ölkələr üzrə illik milli hesabatlar, yeni nəşr olunmuş kitabların icmalları, tanınmış alimlərlə müsahibələr, nekroloqlar, xatirələr, geniş biblioqrafik göstəricilər və ayrıca orijinal tarixi-elmi məqalələr dərc olunur.
Simpoziumlar INHIGEO-nun beynəlxalq simpoziumlarının siyahısı:Bork K. B., Cooper B. J. Recent INHIGEO history // History of geoscience: Celebrating 50 years of INHIGEO. London: GSL, 2017. P. 29–39. (Geological society special publ.; N. 442).INHIGEO SYMPOSIA Since 1967.