Antuan Aleksis Kade-de-Vo (; ) — Fransa kimyaçısı. O həmçinin kənd təsərrüfatı ilə məşğul olmuşdur.
İlkin dövrdə əczaçı olmuş, daha sonra kənd təsərrüfatı və fabrik sənayesinin təkmilləşdirilməsinə yönəlmiş təcrübələr apardığı malikanəsində yaşamışdır. Kade paltarların buxar vasitəsilə yuyulmasını, qəhvə ağacının və tütünün iqlimləşdirilməsini, meyvə ağaclarının budaqlarının zəifləmədən daha çox və daha iri meyvələr gətirməsi üçün budanmasını təklif etmişdir. O, həmçinin laktometri ixtira etmişdir.
1777-ci ildə "Journal de Paris" gündəlik qəzetinin təsisçiləri arasında yer almışdır. 1791-ci və 1792-ci illərdə Kade Sena və Uaza departamentinin prezidenti olmuşdur. Hələ respublika dövründə Parisdə asayiş polisinin müfəttişi təyin edilmişdir. Napoleon Bonapart birinci konsul olduğu dövrdə Kade-de-Vonu Val de Qras hospitalının müfəttişi vəzifəsinə gətirmişdir.
1803-cü ildən etibarən "Journal d'économie rurale et domestiquer" və "Cours complet d’agriculture pratique" nəşrlərinin baş redaktorlarından biri olmuşdur. Onun ən mühüm elmi əsərləri bunlardır: "Observations sur les fosses d’aisance" (Paris, 1778-ci il); "Avis sur les moyens de diminuer l’insalubrité des habitations après les inondations" (Paris, 1784-cü il, 2-ci nəşri 1802-ci il); "Mémoire sur la gélatine des os et son application à réconomie alimentaire" (Paris, 1803-cü il).
İstinadlar
Kateqoriya:Fransa kimyaçıları Kateqoriya:Fransa redaktorları