Murad Arifin diskoqrafiyası — Azərbaycan müğənnisi, bəstəkar, musiqi prodüseri və şoumen Murad Arifin studiya albomları, müəllifi olduğu mahnılar və videokliplərinin siyahısı.
Studiya albomları İl Albom Dil Musiqi prodüseri Şirkət Janr Əməkdaşlıqlar 2014 SOLO azərbaycanca, türkcə, rusca Murad Arif Mikpro Pop, orient-pop Natəvan Həbibi, Tünzalə Ağayeva, Manana Caparidze, İskəndər Paydaş, Mirkelam 2018 HITMAKER azərbaycanca, türkcə Murad Arif Mikpro Pop, orient-pop, caz Vaqif Gərayzadə, Okaber, Günel Zeynalova, Ramil Nabran, Dilarə Kazımova, Elşad Xose 2020 MİLLİ azərbaycanca, rusca Murad Arif Mikpro Folklor, aşıq musiqisi, Bakı şansonu, xalq mahnıları Brilyant Dadaşova, "Dan Ulduzu" ansamblı 2024 SUPERSTAR azərbaycanca Murad Arif Mikpro Pop, orient-pop, R&B Aygün Kazımova, Sevda Ələkbərzadə, Mikayıl Vəkilov, Payam Türk 2025 NOSTALGİYA azərbaycanca, rusca, türkcə Murad Arif Mikpro Retro musiqi, klassik estrada, vals Brilyant Dadaşova, kamera orkestri
Solo
Müğənnilik karyerasına 2014-cü ildə "Həyat Yoldaşımsan" mahnısıyla başlayan Murad Arifin ilk albomu "SOLO" adlanır. Albomda istifadə olunan mahnıların əksəriyyəti Murad Arifin özü tərəfindən bəstələnmişdir. Albomda daha əvvəl müxtəlif sənətçilərin ifasında tanınmış "Sevdiyini söylə", "Bu şəhər ikimizə dar" və "Yeganə" mahnılarının yeni ifa versiyaları da yer almışdır.
Bundan əlavə, albomun 6 mahnısına videokliplər təqdim olunmuşdur. Mahnıların aranjimanları əsasən Givi Usenaşvili, Rəşad Bağırov, Samir Şirinov və Coşqun Qadaşov tərəfindən edilmişdir. Bu albomda Mirkelam və İskəndər Paydaşa məxsus "Tavla", bir də Polad Bülbüloğluna məxsus "Bakı" mahnılarının kaverləri təqdim olunub. Eləcə də burada Natəvan Həbibi, Tünzalə Ağayeva və Manana Caparidze ilə duetlər yer alıb. Albomun kaver-fotosu Fərhad Əliyə məxsusdur.
Mahnı siyahısı
Hitmaker
2018-ci il Murad Arifin musiqi karyerasında dönüş mərhələlərindən biri hesab olunur. Həmin il yayımlanan "Oppalara" mahnısı geniş populyarlıq qazanaraq müxtəlif reytinq cədvəllərində və hit-paradlarda yüksək mövqelər tutmuşdur. "HITMAKER" albomuna daxil olan "Oğlum", "Tufan", "Mənə sən lazımsan" və "Qadan alaram" mahnıları da ölkədə geniş populyarlıq qazanmışdır.
Albomda duetlərə geniş yer verilmişdir. Belə ki, burada Okaber, Ramil Nabran, Günel Zeynalova, Dilarə Kazımova və Elşad Xose ilə əməkdaşlıqlar yer almışdır.
Murad Arif albom üçün Vaqif Gərayzadənin müəllifi olduğu "Bossa Nova" mahnısını da ifa etmişdir. Mahnıların aranjimanları əsasən Vaqif Gərayzadə, Elvin İmanov, Givi Usenaşvili və Rəşad Bağırov tərəfindən hazırlanmışdır. Albomdakı 14 mahnıya videoklip çəkilmişdir. Albomun üz qabığının dizaynı isə İsmayıl Rzayev tərəfindən hazırlanmışdır.
Mahnı siyahısı
Milli
2021-ci ildə yayımlanan "MİLLİ" albomu Murad Arifin ən koloritli albomu hesab olunur.Albomda milli musiqi ənənələrinə əsaslanan 6/8 ritmli mahnılar və popurilər təqdim edilmişdir. Bu, Murad Arifin müəllifi olmadığı mahnılardan ibarət ilk albomudur.
Aranjimanların əksəriyyəti Tale Ağayev, Coşqun Qadaşov və İsmayıl Əlizadəyə məxsusdur. Albomda Brilyant Dadaşova və "Dan Ulduzu" orkestri ilə əməkdaşlıqlar da yer almışdır.
Mahnı siyahısı
Superstar
Murad Arifin 2024-cü ildə yayımlanmış "SUPERSTAR" albomu ifaçının yaradıcılıq üslubunu və "milli pop" istiqamətini davam etdirir. Albomun əsas mahnılarından biri Aygün Kazımova ilə duet şəklində ifa olunmuş "Çalxala"dır. Albomda həmçinin Sevda Ələkbərzadə və Payam Türk ilə duetlər yer almışdır. Mahnıların aranjimanları əsasən Elvin İmanov, Emin STKHA və Coşqun Qadaşov tərəfindən hazırlanmışdır.
Albomda Mikayıl Vəkilovun XX əsrdə "Karvan" qrupu üçün bəstələdiyi "Qara gözlər" və "Bilərsən" mahnılarının Murad Arif tərəfindən ifa olunmuş yeni kaver-versiyaları da yer almışdır. Albomdakı 7 mahnıya videoklip çəkilmişdir. Albomun üz qabığı fotosu Raj Steven tərəfindən hazırlanmışdır.
Mahnı siyahısı
Nostalgiya
Kamera orkestrinin müşayiəti ilə yazılmış "NOSTALGİYA" albomunda Murad Arif XX əsr Azərbaycan estrada musiqisinin tanınmış nümunələrinə müraciət etmişdir. On mahnıdan ibarət albomda ötən əsrin şlyagerləri yeni aranjimanlarda təqdim olunmuşdur. Aranjimanların əksəriyyəti pianoçu Nərgiz Əliyeva tərəfindən hazırlanmışdır. Albomda Elza İbrahimova, Andrey Babayev, Nüşabə Muradova və Emin Sabitoğlunun əsərləri yer almışdır.
Murad Arif albomu valideynlərinə həsr etdiyini bildirmişdir. Onun sözlərinə görə, albom uşaqlıq illərindən valideynlərinin vasitəsilə tanıdığı mahnı və ifalara ehtiramının ifadəsidir. İfaçı albomun xüsusilə yaşlı nəslin nümayəndələri və retro musiqini dəyərləndirən dinləyicilər üçün maraqlı olacağını qeyd etmişdir.
Albomun digər mahnılarından biri sözləri və musiqisi Murad Arifə məxsus olan, Brilyant Dadaşova ilə duet şəklində ifa edilmiş "Təşəkkür" valsıdır. Mahnı albomun retro və klassik estrada üslubuna uyğun şəkildə hazırlanmışdır. Albomun çıxış mahnısı "Nazəndə sevgilim" olmuş, əsər üçün süni intellekt texnologiyalarından istifadə edilməklə videoklip hazırlanmışdır.
Mahnı siyahısı
İstinadlar