İohann Georq Metsger (; ) — Almaniya bəstəkarı və fleyta ifaçısı.
Həyatı Ata tərəfdən yetim qalan Georq Metsger Mannhaymda fəaliyyət göstərən yezuitlərin musiqi seminariyasına qəbul edilmiş, ilk musiqi təhsilini burada almış və fleyta ifaçılığı üzrə istedadını inkişaf etdirmişdir. Sonralar o, kürfürst Karl Teodorun göstərişi ilə İohann Baptist Vendlinqdən dərs almışdır.
Metsger 1760-cı ildən assistent statusu ilə, 1765-ci ildən isə saray musiqiçisi kimi Mannhaym saray kapellasında fəaliyyət göstərmişdir. Saray 1778-ci ildə köçürüldükdən sonra o, Münxen saray kapellasında fəaliyyətini davam etdirmişdir. Metsger konsertlər və kamera musiqiləri bəstələmişdir. O, ailəli olmuş və bu nikahdan dörd övladı dünyaya gəlmişdir. O, hər ikisi fleyta ifaçısı olan Fridrix Metsger və Karl Teodor Metsgerin atası idi.
İstinadlar
Kateqoriya:Almaniya bəstəkarları