Vəhşilik (ing. Savagery) — XVIII əsrin sonu – XX əsrin əvvəllərində antropologiyada geniş istifadə olunan və insan cəmiyyətinin inkişafının ən ilkin (ən primitiv) mərhələsini ifadə edən termindir.
thumb|400px|Floridanın hinduları, Morqanın tərifinə görə vəhşilik vəziyyətində
Bu termin insan cəmiyyətlərinin ardıcıl və xətti inkişafını nəzərdə tutan sosial təkamül nəzəriyyələri çərçivəsində məna kəsb edir.
Terminin yaranması thumb|left|110px|Adam Ferqyuson Bu kontekstdə «vəhşilik» termininin ilk istifadəsi şotland filosofu Adam Ferqyusona aid edilir. 1767-ci ildə nəşr olunan «Mülki cəmiyyətin tarixinə dair oçerk» () əsərində Ferqyuson vəhşilərin () və vəhşi xalqların () həyat xüsusiyyətləri barədə ümumi mülahizələr yürüdür.
Terminologiya 1877-ci ildə amerikalı etnoqraf Lüis Morqanın məşhur «Qədim cəmiyyət» () əsərinin nəşrindən sonra sabit forma almışdır. Sosial təkamül paradiqması çərçivəsində fəaliyyət göstərən Morqan «vəhşiliyi» () insan cəmiyyətinin inkişafının ən aşağı pilləsi kimi təyin etmişdir; bu pillə «barbarlığa» keçiddən əvvəlki mərhələdir. Morqan hesab edirdi ki, istənilən insan cəmiyyəti üç inkişaf mərhələsindən – vəhşilik, barbarlıq və sivilizasiyadan keçir, lakin müxtəlif səbəblər üzündən ayrı-ayrı xalqlar bu mərhələləri müxtəlif dövrlərdə keçir.
Morqanın əsəri öz dövründə antropologiyanın inkişafında fundamental addım olmuşdur. «Qədim cəmiyyət» uzun müddət antropologiyada aparıcı rol oynamış və pozitivist, proqressiv, eləcə də marksist antropoloji konsepsiyaların formalaşmasına böyük təsir göstərmişdir. Xüsusilə, marksizmin aparıcı ideoloqu Fridrix Engels öz əsərlərində Morqana sistemli şəkildə istinad etmişdir.
Morqanın tərifində vəhşilik thumb|right|110px|Lüis Morqan Lüis Morqan «vəhşiliyi» insan cəmiyyətinin inkişafında insanın yaranmasından dulusçuluğun meydana gəlməsinə qədər olan dövr kimi təyin etmişdir; alim dulusçuluğu növbəti inkişaf dövrünün — «barbarlığın» başlanğıcının ən etibarlı əlaməti hesab edirdi.
Morqan vəhşiliyin üç pilləsini fərqləndirir: aşağı, orta və yuxarı. Morqana görə, vəhşiliyin aşağı pilləsi insanın balıqçılıq sənətinə yiyələnməsi və oddan istifadə etməsi mərhələsində başa çatır; orta pillə ox və kamanın ixtirası ilə tamamlanır; nəhayət, yuxarı pillə dulusçuluq sənətinə yiyələnməklə başa çatır, bundan sonra «barbarlığa» keçid baş verir.
Bu terminologiyaya əsasən, Morqan, məsələn, avstraliya aborigenlərinin avropalılar tərəfindən kəşf edildiyi dövrdəki cəmiyyətini vəhşiliyin orta pilləsinə, atabask tayfalarını isə yuxarı pilləyə aid edir.
Məsələnin müasir vəziyyəti Müasir antropoloji elmdə «vəhşilik» termini işlədilmir. Sosial təkamül nəzəriyyələri çərçivəsində Morqanın terminləri bir çox qeyri-Avropa xalqlarını alçaldıcı şəkildə xarakterizə edən anlayışları ehtiva etməyən daha dəqiq nomenklatura ilə əvəz olunmuşdur. Məhz bu kimi mülahizələr «vəhşilik» termininin antropoloji dövriyyədən çıxmasına səbəb olmuşdur. Müasir terminologiya «İbtidai mədəniyyət», «Paleolit», «Mezolit», «Neolit» və digər anlayışlarla işləyir. Bununla yanaşı, Morqanın müəyyən etdiyi əsas təkamül əlamətləri hələ də insanın müxtəlif antropoloji inkişaf dövrlərini müəyyən edir. Belə ki, dulusçuluğun meydana gəlməsi paleolitdən neolitə keçidin əlamətlərindən biri, balıqçılığın mənimsənilməsi isə son paleolitin əlamətidir.
Bundan əlavə, müasir antropologiyada sosial təkamül nəzəriyyələri ilə yanaşı, insan cəmiyyətlərinin təkamülünü və ya tərəqqisini tamamilə və ya qismən inkar edən marjinal nəzəriyyələr də yayılmışdır. Amerika antropoloqu Frans Boasın əsərlərindən qaynaqlanan Mədəni relyativizm çərçivəsində insan cəmiyyətlərinin inkişaf mərhələləri barədə danışmaq prinsipcə düzgün deyil. Müvafiq olaraq bu paradiqmada «vəhşilik» və «barbarlıq» terminləri öz mənasını itirir.
İstinadlar
Kateqoriya:Antropologiya Kateqoriya:İbtidai-icma quruluşu Kateqoriya:Sosial təkamül