Şarl Koşon Laparan (; ) — Fransa siyasətçisi və polis naziri.

Həyatı 24 yanvar 1750-ci il tarixində Şampdenye-Sen-Deni icmasında anadan olmuşdur. Əvvəllər protestant olan, lakin sonradan bu etiqaddan imtina etmək məcburiyyətində qalan bir burjua ailəsində dünyaya gəlmişdir. Laparan "Üçüncü təbəqə"nin deputatı seçilmiş, Milli Konventdə, Respublika ordularında və İctimai Xilas Komitəsində mühüm vəzifələr icra etmişdir. 9 termidor çevrilişi zamanı Maksimilyen Robespyerin devrilməsində iştirak etmişdir. Fransa Direktoriyasının iclası zamanı o, polis naziri təyin olunmuşdur, lakin sonradan royalistlikdə ittiham edilərək ölkədən sürgün edilmişdir. Konsulluq və Birinci Fransa imperiyası dövründə mühüm vəzifələr tutmuş, lakin 1815-ci ildə Fransanı tərk etmək məcburiyyətində qalmışdır. Bir illik sürgündən sonra onun Puatyeyə qayıtmasına icazə verilmişdir.

17 iyul 1825-ci il tarixində Puatyedə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Fransa nazirləri Kateqoriya:Yakobinçilər