Stefan Antonoviç Demurov (; ) — din xadimi, repressiya qurbanı. O, Bakıda olan Müqəddəs Bakirə Məryəmin kostelinin baş keşişi olub. Demurov SSRİ-də din nümayəndələrinə qarşı təqiblər zamanı 1937-ci ildə həbs edilib və güllələnib.Демуров Стефан Антонович- настоятель храма Непорочного зачатия Пресвятой Девы Марии Həyatı Stefan Demurov 1871-ci ildə Tbilisidə anadan olub. O, 1895-ci ildə dini seminariyanı bitirib və Roma-Katolik kilsəsi keşişi rütbəsini alıb. O, 1895–1902-ci illər arasında Kutaisidə prixod vikarisi (keşiş köməkçisi), 1904-cü ilə qədər Perekopda prixod keşişi kimi çalışıb. 1904-ci ildə Stefan Demurov Bakıya göndərilib. O, Müqəddəs Bakirə Məryəmin kostelinin baş keşişi vəzifəsinə təyin edilib. 1904-1920-ci illərdə Müqəddəs Bakirə Məryəmin kostelinin baş keşişi olub.
Papa XI Piyin pontifikatı (papa rütbəsini daşıdığı dövr) zamanı SSRİ-də Katolik Kilsəsinin yenidən təşkil edilməsi ilə yepiskop Mişel d'Erbini 1926-cı ildə onu mərkəzi Tbilisi şəhəri olmaqla Gürcüstanın apostolu təyin edib.
Onun baş keşişi olduğu Müqəddəs Bakirə Məryəmin kosteli 1930-cu illərdə din əleyhinə mübarizə çərçivəsində dağıdılır.
Həbs və edamı right|250px|thumb|Stefan Demurovun baş keşişi olduğu Bakıda yerləşən Müqəddəs Bakirə Məryəmin kosteli (solda) 1937-ci ildə SSRİ-də Böyük təmizləmə siyasəti çərçivəsində bir çox din xadimləri həbs olundu. Bu siyasət milyonlarla günahsız qurbana, milli azlıqlara, daha varlı kəndlilərə (qolçomaq), siyasi rəqib hesab olunan şəxslərə və ordu zabitlərinə qarşı planlaşdırılmış və yönəldilmiş Sovet dövlətinin siyasi terror aktı idi. Bu terrorun ən intensiv dövrü 1936-cı ilin sentyabrından 1938-ci ilin avqustuna qədər davam edib. Terror öz pik nöqtəsinə 1937-ci ilin yayında — qətllərin „leqallaşdırılması” üçün əsas rolunu oynayan, „əks-inqilabi təxribat” haqqında Cinayət Məcəlləsinin 58‐14-cü maddəsi qəbul edildikdə və 02.07.1937-ci il tarixində İosif Stalinin rəhbərliyi altında Rusiyanın ali hakimiyyət orqanları qolçomaqlara qarşı əməliyyatların başladılması barədə fərman verdikdə çatıb.
Bundan sonra NKVD-nin bir sıra icraedici əmrləri gəlmişdir. Bura Rusiyada yaşayan 25,000‐42,000 almanının (əsasən Volqaboyu almanlarının) məhv edilməsinə başlayan 25.07.1937 tarixli 00439 nömrəli əmr; „anti-Rusiya elementlərinin” məhv edilməsinə başlayan 30.07.1937 tarixli 00447 nömrəli əmr və polyak milliyətindən olan 139,835 nəfərin qətlə yetirilməsini tapşıran 11.08.1937 tarixli 00485 nömrəli əmr daxil idi (sonuncu, bu tipli ən böyük əməliyyat olmuşdur — polyaklar ölkə əhalisinin cəmi 0.4%-ni təşkil etdiyi halda, «Böyük Təmizləmə» zamanı qətlə yetirilənlərin 12.5%-ni əhatə edirdi).
1937-ci ilin yayında Solovki adalarında, Anzer adasında və Belbaltlaq islah-əmək düşərgəsində saxlanılan polyak katolik keşişləri həbsxana kameralarına qapadılıb. Daha sonra, «NKVD Troykası» adlanan qondarma məhkəmələr tərəfindən idarə olunan bir neçə qanlı Rusiya məhkəmə prosesində (məsələn, 09.10.1937 və 25.11.1937 tarixlərində) onların hamısı ölüm cəzasına məhkum edilib. Stalin dövrü dini təşkilatlara böyük zərbə vurub. 1930-cu illərdən etibarən Sovet rejimi kütləvi repressiyalara başlayıb, minlərlə keşişi həbs edib. 1938-ci ildə Bakıdakı katolik kilsəsi dağıdılsa da, katoliklər öz həyatlarını təhlükəyə atıb, gizli şəkildə toplaşmağa davam edirdilər.D. Pospielovsky, The Russian Orthodox Church under the Soviet Regime, vol. 1, p.175. Demurov 1937-ci il noyabrın 14-də həbs olunub. O, xarici dövlətlərin xeyrinə casusluq fəaliyyəti ittihamı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi (Osipovaya görə, Rusiya SFSR Cinayət Məcəlləsi) ilə rəsmi olaraq ittiham edilib və 11 fevralda ölüm hökmünə məhkum olunub. 1938-ci il fevralın 23-dən 24-nə keçən gecə edam edilib. Bu faciəvi hadisələrdən sonra Azərbaycanda katolisizm faktiki olaraq mövcudluğunu itirib.
İstinadlar
Xarici keçidlər Демуров Стефан Антонович-настоятель храма Непорочного зачатия Пресвятой Девы Марии в Баку 1904 – 1938administrator — Baku Immaculate Conception of the Blessed Virgin Mary RC parish Stefan Demurov
Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Azərbaycanlı Roma Katolik keşişləri Kateqoriya:Azərbaycan polyakları Kateqoriya:Polyakəsilli azərbaycanlılar