Dezintermediasiya () — iqtisadiyyatda tədarük zəncirindəki vasitəçilərin sıradan çıxarılması yaxud vasitəçilərin kənarlaşdırılması prosesi.Wake Forest. Infinite Financial Intermediation. page 50. Law Review 643 (2015) Müəyyən növ aralıq vasitəçiləri (məsələn, distribütor, topdansatışçı, broker və ya agent) ehtiva edən ənənəvi paylama kanallarından istifadə etmək əvəzinə, şirkətlər artıq hər bir müştəri ilə birbaşa — məsələn, internet vasitəsilə əlaqə qurmaq imkanı əldə etmişdir. Bu növ qərarların qəbul edilməsində əsas məqsəd xərclərin azaldılmasından ibarət olmuşdur.

İstehlakçılar tərəfindən başladılan dezintermediasiya prosesi çox vaxt bazarın yüksək şəffaflığının nəticəsi kimi meydana çıxmış və alıcıların tədarük qiymətlərindən birbaşa istehsalçının özündən xəbərdar olması ilə özünü göstərmişdir. İstehlakçı birbaşa istehsalçıdan satınalma həyata keçirərək vasitəçilərdən (topdan və pərakəndə satışçılardan) yan keçmiş və beləliklə də daha az ödəniş etmişdir. Alternativ olaraq, alıcılar pərakəndə satışçını bu prosesdən kənarlaşdıraraq məhsulu topdansatış qiymətləri ilə əldə etmək imkanına malik olmuşdur. Çox vaxt istehsalçı ilə istehlakçı arasında körpü rolunu B2C (biznesdən istehlakçıya) elektron ticarət şirkətləri yerinə yetirmişdir.

İstinadlar

Kateqoriya:Elektron kommersiya Kateqoriya:Biznes modelləri