250px|thumb|right|Cənubi Qafqaza göndərilmiş İkinci Polşa Respublikasının xüsusi missiyasının rəhbəri Polşa xarici işlər nazirinin müaviniTitus Filipoviç Cənubi Qafqazda xüsusi Polşa missiyası — 1920-ci ilin əvvəllərində Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətində fəaliyyət göstərmiş Polşa diplomatik missiyası.Marek Kornat, "Posłowie i ambasadorzy polscy w Związku Sowieckim (1921–1939 i 1941–1943)" ("Polish Diplomatic Representatives and Ambassadors in the Soviet Union (1921–39 and 1941–43"), The Polish Diplomatic Review, 5 (21)/2004, pp. 129-203 online Tarixi Polşalılar Gürcüstan ilə diplomatik əlaqələri hələ Polşa Krallığının Reqentlik Şurası Tiflisdə konsulluq agentliyi təşkil edərək qurub. 1920-ci ilin əvvəllərində bu agentlik konsulluğa çevrilib. Həmin ilin mart ayının ortalarında Dövlət Başçısı Yuzef Pilsudskinin göstərişi ilə Tiflisə xarici işlər nazirinin müavini Titus Filipoviçin rəhbərlik etdiyi Cənubi Qafqaza xüsusi missiya gəlib. Missiyanın heyətinə həmçinin müşavir funksiyasını yerinə yetirən professor Zıqmunt Smoqorjevski, missiyanın katibi Vladislav de Bondı və kapitan Kazimej Raviç-Kolosinski daxil olub. Martın 31-də T.Filipoviç etimadnaməsini Gürcüstanın xarici işlər naziri Yevgeni Gegeçkoriyə təqdim edib.
Missiya Gürcüstan ilə hərbi ittifaq planı hazırlayıb. Polşa tərəfi gürcüləri silah, sursat və hərbi materiallarla təmin etməli, onlar isə bunun müqabilində bolşeviklərə qarşı hərbi əməliyyatlara başlamaq öhdəliyi götürüb. Tiflisdə İkinci Polşa Respublikasının səfirliyinin yaradılması məsələsi də razılaşdırılıb. Roman Knoll ilk elçi, mayor Vatslav Yendjeyeviç isə hərbi attaşe təyin edilməli olub. Danışıqların digər bir mövzusu isə 1918-ci il iyulun sonlarında hərbi hissə buraxıldıqdan sonra Gürcüstanda qalan Qafqaz Əlahiddə Polyak Briqadasının sonuncu əsgərlərinin Polşaya gətirilməsi olub.
Aprelin 24-də Polşa missiyası eyni şərtləri razılaşdırmaq üçün Bakıya yola düşüb. Lakin aprelin 28-də, onlar Azərbaycanın paytaxtına gəldikdən sonra bolşevik qoşunları Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə daxil olub. Qızıl Ordunun müdaxiləsi aprel işğalı ilə nəticələnib. Missiya üzvləri həbs edilərək Moskvaya aparılıb.
İstinadlar
Ədəbiyyat Wojciech Materski, Polsko-gruziński sojusz wojskowy 1920, [w:] Andrzej Koryn, Wojna polsko-sowiecka 1920 roku: przebieg walk i tło międzynarodowe: materiały sesji naukowej w Instytucie Historii PAN, 1991
Xarici keçidlər Stosunki polsko-gruzińskie po 1918 roku, w tym historia misji dyplomatycznej Tytusa Filipowicza
Kateqoriya:Azərbaycan–Polşa münasibətləri