"Xrisipp" () — Qədim Yunanıstan dramaturqu Evripidin (e.ə. V əsr) Pelopidlər sülaləsinə dair miflər əsasında qələmə aldığı, bir neçə kiçik fraqment istisna olmaqla mətni itirilmiş faciə əsəridir. Pyesin baş qəhrəmanı Mikena kralı Pelopsun oğludur. O, Fiv kralı Lay tərəfindən yoldan çıxarılır və bu hadisədən sonra utancından intihar edir.Gigin. Miflər. СПб.: Алетейя, 2000. 85, qeyd.

"Xrisipp" faciəsi ilk dəfə təxminən e.ə. 411 ilə 409-cu illər arasında, mətni dövrümüzə qədər hifz edilib saxlanmış "Finikiyalı qadınlar" və mətni itirilmiş "Enoman" pyesləri ilə birlikdə vahid dramatik silsilə şəklində səhnəyə qoyulmuşdur. Bu teatr silsiləsi dramaturqların müsabiqəsində ikinci yeri tutmuşdur.Еврипид. Финикиянки. Примечания // Еврипид. Трагедии. М.: Наука, 1999. Т. 1. С. 678.

Mütəxəssislərin fikrincə, Psevdo-Higinin "Miflər" əsərindəki 85 nömrəli fabula, Evripidin "Xrisipp" faciəsi ilə mifin fərqli bir versiyasına əsaslanan Sofoklun "Hippodamiya" faciəsinin birləşdirilmiş və qismən yenidən nəql edilmiş variantıdır. Müəllif mətndə Xrisippin Lay tərəfindən yoldan çıxarıldığını yazsa da, daha sonra qəfil şəkildə Xrisippin öz doğma anaları Hippodamiyanın təhriki ilə ögey qardaşları Atrey və Fiest tərəfindən qətlə yetirilməsi hekayəsinə keçid edir.

Evripiddən başqa, Likofron və Diogen də "Xrisipp" adlı faciələr, Strattid isə eyniadlı komediya qələmə almışdır.

İstinadlar

Kateqoriya:Arqolida mifləri ilə əlaqəli pyeslər Kateqoriya:Evripidin faciələri Kateqoriya:Evripidin itirilmiş pyesləri