Martin Zlomisliç (, ) — Bosniyalə peşəkar futbolçu.

Hal-hazrıda Azərbaycan Premyer Liqası təmsilçisi Qarabağ klubunda və Bosniya və Herseqovina milli komandasında qapıçı mövqeyində çıxış edir.

O, peşəkar karyerasına 2017-ci ildə, 19 yaşında Şiroki Briyeq klubunda başlayıb.

Klub karyerası

Şiroki Briyeq Zlomisliç futbol oynamağa "Şiroki Briyeq" klubunda başlayıb. O, 2017-ci ilin iyununda əsas komandaya çağırılsa da, klubda peşəkar debütünü 13 may 2018-ci il tarixində, Jelyezniçar komandasına qarşı evdə qazanılan 3–1 hesablı qələbə matçında edib. Zlomisliç 2019–20 mövsümünə qədər əsas heyətin daimi oyunçusuna çevrilə bilmədi; o, mövsümün ilk yarısında "Şiroki"nin 23 oyunundan 18-də meydana çıxdı.

O, 2020–21 mövsümünə 2 avqust 2020-ci ildə "Tuzla Siti" ilə oyunda qapısını toxunulmaz saxlayaraq (1–0) başladı.

29 avqust 2020-ci ildə "Sloboda Tuzla" ilə çempionat matçında Zlomisliç rəqib oyunçuya qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu.

31 mart 2021-ci ildə o, "Şiroki Briyeq" ilə müqaviləsinə qarşılıqlı xitam verərək klubdan ayrıldı.

Riyeka 2021-ci ilin yayında Zlomisliç Xorvatiyanın "Riyeka" klubunun heyətinə qoşuldu və burada uzun müddət ehtiyat qapıçı oldu. 2024/2025 mövsümündə Nedilko Labroviçin gedişindən sonra nəhayət komandanın əsas qapıçısı oldu və elə həmin mövsümdə onunla Xorvatiya çempionatını qazandı və milli kubokun sahibi oldu.

Qarabağ 2026-cı ilin iyun ayında milli komanda ilə ABŞ-də Dünya Çempionatında olan futbolçunun Azərbaycanın ən böyük klubu olan Qarabağ ilə müqavilə imzaladığı xəbəri yayılır. 21 iyun 2026-cı ildə "Atlılar" futbolçunun transferini rəsmən elan edir. Azərbaycanın ən uğurlu və ən titullu klubu olan "Qarabağ" futbolçu ilə 3+1 illik müqavilə imzalayır. Zlomşiliç "Qarabağ"da 23 nömrəli formanı geyinəcək.

Milli karyerası Etnik bir xorvat olan Zlomisliç, Bosniya və Herseqovanı U-19 və U-21 səviyyələrində təmsil edib, müvafiq olaraq U-19 komandasında 1 oyun, U-21 komandasında isə 2 oyun keçirib.

O, əsas milli komandada debütünü 19 noyabr 2024-cü ildə UEFA Millətlər Liqası çərçivəsində Niderlanda qarşı matçda edib. Bosniya komandasının qrupdan düşməsi bu oyundan əvvəl artıq dəqiqləşmişdi və qarşılaşma 1–1 hesabı ilə başa çatdı.

Karyera statistikası

Klub

+ Klub, mövsüm və yarışlara görə oyunlar və qollarKlubMövsümLiqaMilli kubokKontinentalCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolŞiroki Briyeq2017–18Bosniya və Herseqovina Premyer Liqası201000202018–19Bosniya və Herseqovina Premyer Liqası4010—502019–20Bosniya və Herseqovina Premyer Liqası19000202102020–21Bosniya və Herseqovina Premyer Liqası13010—140Cəmi3803020430Rijeka2021–22Xorvatiya Futbol Liqası9010001002022–23Xorvatiya Futbol Liqası002000202023–24Xorvatiya Futbol Liqası106000702024–25Xorvatiya Futbol Liqası34050604502025–26Xorvatiya Futbol Liqası33040160530Cəmi7701802201170Karyera cəmi11502102401600

Milli

+ Milli komanda və illərə görə oyunlar və qollarMilli komandaİlOyunQolBosniya və Herseqovina202410202510202610Cəmi30

Uğurları Riyeka Xorvatiya Futbol Liqası: 2024–25 Xorvatiya Futbol Kuboku: 2024–25

İstinadlar

Kateqoriya:Bosniya və Herseqovina futbolçuları Kateqoriya:Bosniya və Herseqovina milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol qapıçıları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Legioner Bosniya və Herseqovina futbolçuları Kateqoriya:Riyeka FK futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları