Ümmü Gülsüm bint Cəvrəl () və ya Muleykə (; ) — Ömər ibn Xəttabın həyat yoldaşı.
Həyatı Digər adı Muleykədir. Atasının adı isə Cərvəl ibn Malikdir.
Ümmü Gülsüm bint Cərvəl Məkkədə İslamdan əvvəlki dövrdə Ömər ibn Xəttab ilə ailə qurmuşdur. O, Ömərlə Mumtəhinə surəsinin 10-cu ayəsi enənə qədər evli qalmış, ayə endikdən sonra Ömər onu boşamışdır. Ömərdən boşandıqdan sonra o, Əbu Cəhm ibn Huzafə ibn Qənm ilə evlənmişdir.
Ümmü Gülsüm bint Cərvəlin Ömərlə nikahından Ubeydullah ibn Ömər və Zeyd əl-Əsğər dünyaya gəlmişdir.
İstinadlar Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr qadınları