Southern Poverty Law Center (qısaca: SPLC; — Cənubi Yoxsulluq Hüquq Mərkəzi) — ABŞ-da mənzillənən, özünün tolerantlıq təhsil proqramları, ağdərili üstünlüyü təşkilatları, amerikalı milis qruplaşmaları və ekstremistlər üzərində qazandığı hüquqi qələbələrlə dünya miqyasında tanınan qeyri-kommersiya hüquq-müdafiə təşkilatı.
Mərkəzin qərargahı Alabama ştatının Montqomeri şəhərində yerləşir. Təşkilatın əsası 1971-ci ildə əhalinin insan hüquqlarını müdafiə etmək məqsədilə Morris Dis, kiçik Cozef Levin və Culian Bond tərəfindən qoyulmuşdur. Sonradan Culian Bond təşkilatın prezidenti olmuşdur.Dees, Morris, and Steve Fiffer. 1991. A Season For Justice. New York: Charles Scribner’s Sons, pp. 132—133. Diskriminasiya və nifrət cinayəti qurbanlarına ödənişsiz hüquqi xidmətlər göstərməklə yanaşı, mərkəz rüblük olaraq ABŞ-dakı ifrat sağ nifrət qruplarının və ekstremistlərin taktikaları və fəaliyyətlərini işıqlandıran "Intelligence Report" jurnalını nəşr edir.
Tarixi Southern Poverty Law Center 1971-ci ildə ABŞ-ın cənub ştatlarında irqi ayrı-seçkiliyə məruz qalan yoxsul təbəqələrin vətəndaş hüquqlarını müdafiə etmək məqsədilə yaradılmışdır. Təşkilat ilkin illərdə fundamental hüquqi presedentlər yaratmaq üçün strateji məhkəmə iddialarından istifadə etməyə başlamışdı.
1980-ci illərdən etibarən mərkəz daxili irqi seqreqasiya və ayrı-seçkilik layihələrindən əlavə, həbsxanalardakı qeyri-insani və konstitusiyaya zidd şərait, seksual orientasiya və gender kimliyinə görə ayrı-seçkilik, qanunsuz immiqrasiya ilə amansız rəftara qarşı və kilsə ilə dövlətin konstitusiyaya zidd şəkildə birləşməsinə qarşı irimiqyaslı məhkəmə işlərində fəal iştirak etmişdir. SPLC-nin bu dövrdəki ən böyük tarixi nailiyyətlətindən biri, ağ irqçi Ku-Kluks-Klan (KKK) qruplaşmalarına qarşı qaldırdığı və onları milyonlarla dollar təzminat ödəməyə məhkum edərək faktiki olaraq müflis etdiyi mülki iddialar olmuşdur. Mərkəz ABŞ-dakı nifrət qrupları barədə yığdığı kəşfiyyat məlumatlarını Federal Təhqiqat Bürosu (FTB) və digər hüquq-mühafizə orqanları ilə müntəzəm olaraq paylaşır.
2000-ci illərdən başlayaraq mərkəz hər il ABŞ ərazisində fəaliyyət göstərən nifrət qruplarının rəsmi siyahısını tərtib edir. Təşkilatın daxili nizamnaməsinə görə, nifrət qrupu — "rəsmi bəyanatlarına, prinsiplərinə, liderlərinin çıxışlarına və ya birbaşa fəaliyyətinə əsaslanaraq, insanları bütöv bir sinif və ya qrup halında hədəf alan, adətən onların dəyişməz xüsusiyyətlərinə görə onlara hücum edən və ya şər yaxan təşkilatdır." SPLC tərəfindən hazırlanan bu təsnifatlar elmi dairələrdə və KİV-də radikal qrupların monitorinqi zamanı mötəbər və nüfuzlu mənbə kimi qəbul edilir və geniş şəkildə sitat gətirilir.Does the Southern Poverty Law Center target conservatives? . The Christian Science Monitor, February 18, 2016
2019-cu ildə təşkilatın təsisçisi Morris Dis daxili idarəetmədə qeydə alınan problemlərə görə işdən çıxarılmış, ardınca isə prezident Riçard Koen istefa vermişdir; təşkilatda da irqi ayrı-seçkilik və cinsi hədələmə (haraasment) iddialarını tədqiq edən müstəqil audit yoxlaması keçirilmişdir. Təşkilatın yeni prezidenti və icraçı direktoru (CEO) vəzifəsinə əvvəllər Amnesty International-ın ABŞ şöbəsinə rəhbərlik etmiş Marqaret Huanq gətirilmişdir.
2026-cı ildə ABŞ Federal Təhqiqat Bürosu SPLC-yə qarşı fırıldaqçılıq ittihamı ilə tədqiqata başlamışdır. Büronun məlumatına görə, hüquq-mühafizə mərkəzi könüllü ianəçilərdən əldə edilmiş vəsaitləri ağ irqçilərin və digər radikal qrupların sıralarındakı gizli mənbələrin (məxfi informatorların) maliyyələşdirilməsinə xərcləmiş, lakin bu barədə donorları məlumatlandırmamışdır. Bu isə öz növbəsində maliyyə dəstəkçilərinin pullarının tamamilə fərqli humanitar və təhsil məqsədlərinə yönəldiyini zənn etmələrinə səbəb olmuşdur.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Beirich, Heidi, and Mark Potok. "Countering Anti-Immigration Extremism: The Southern Poverty Law Center's Strategies." New York City Law Review 12 (2008): 405+ online.
Xarici keçidlər
Kateqoriya:1971-ci ildə yaranan siyasi təşkilatlar Kateqoriya:ABŞ-nin insan hüquqları təşkilatları Kateqoriya:Antifaşist hərəkatlar və təşkilatları Kateqoriya:Antiirqçilik