Məhəmməd Əmircan () — azərbaycanlı jurnalist, redaktor, siyasi mühacir.

1932-ci ildə Türkiyəyə mühacirət edib. "Təsviri-əfkar" qəzeti ilə əməkdaşlıq edib. İkinci Dünya müharibəsi bitdikdən sonra azərbaycanlıların Türkiyəyə yerləşməsində iştirak edib. 1952-ci ildə "Qafqaz İstiqlal Komitəsi"nin quruluş konfransında Azərbaycanı təmsil edib. Komitənin aylıq mətbuat orqanı olan "Birleşik Kafkasya" dərgisinin türkcə bölməsinin redaktoru olub.

Sovet İttifaqını Öyrənmə İnstitutunda işləyib və institutun mətbu orqanı olan "Dergi" jurnalının yazı işləri müdiri olub. 1968–1972-ci illərdə isə həmin institutun elm şurasının rəhbəri olub. Vəfat edənə qədər "Paris bloku"nda Azərbaycanı təmsil edib.

Həyatı 240x240px|thumb|Məhəmməd Əmircanın məzarı,Feriköy qəbiristanlığı.|left Məhəmməd Musa oğlu Əmircan 1912-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıda başa vurduqdan sonra 1932-ci ildə Türkiyəyə mühacirət edib. İstanbulda məskunlaşaraq orada ali təhsil alıb. "Təsviri-əfkar" qəzeti ilə əməkdaşlıq edib.

İkinci Dünya müharibəsi illərində Almaniyaya gedib. Müharibə başa çatmasından sonra Azərbaycan legionunda xidmət etmiş hərbi əsirlərin Türkiyəyə köçürülməsi istiqamətində fəaliyyət göstərib.

1952-ci ildə Münxenə şəhərinə köçüb. Həmin il Məhəmməd Əmin Rəsulzadə, Həmid Ataman, Həsən Kərbəla və Səlim Ağasıbəylə birlikdə "Qafqaz İstiqlal Komitəsi"nin təsis konfransında Azərbaycanı təmsil edib. Daha sonra komitənin nəşr etdiyi "Birleşik Kafkasya" dərgisinin türkcə bölməsinin redaktoru olub.

Əmircan eyni zamanda Sovet İttifaqını Öyrənmə İnstitutunda fəaliyyət göstərib, institutun nəşri olan "Dergi" jurnalında yazı işləri müdiri vəzifəsini icra edib. 1968–1972-ci illərdə institutun elm şurasına rəhbərlik edib, 1972-ci ildə təqaüdə çıxıb. Həyatının sonuna qədər "Paris bloku"nda Azərbaycanın nümayəndəsi kimi fəaliyyətini davam etdirib.

Məhəmməd Əmircan 1979-cu il mayın 25-də Münxendə vəfat edib. Onun nəşi İstanbula aparılıb, iyunun 1-də Şişli məscidində cənazə namazı qılındıqdan sonra Fəriköy qəbiristanlığında dəfn olunub.

1981-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən onun tərcümə etdiyi Tamurbek Devletşinin "Sovet Tatarıstanı" adlı əsəri nəşr olunub.

Ailəsi Məhəmməd Əmircanın nəsli Şəki xanlarının soyundan gəlir. Əmisi Əbdüləli bəy Əmircan Azərbaycan Cümhuriyyətinin maliyyə naziri olub.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Əmircanovlar (Şəki) Kateqoriya:Feriköy məzarlığında dəfn olunanlar Kateqoriya:SSRİ-ni Öyrənmə İnstitutunun əməkdaşları