Seyid Abdulla xan (; ) — Xivə xanlığının sonuncu xanı. O, xanlığı idarə edən Konqratlar sülaləsinin on üçüncü hökmdarı olub. Xorazm dövlətində hərbi çevrilişdən və qardaşı və sələfi İsfəndiyar xanın öldürülməsindən sonra taxta çıxmışdır. Səid Abdulla xan 1918-ci ilin martından 2 fevral 1920-ci ilə qədər hakimiyyətdə olub. Bu dövrdə Xorazm dövlətinin faktiki hökmdarı dövlətin hərbi vəziri və Yomut tayfasından olan türkmən Cüneyd xan idi. Həyatı 5 aprel 1917-ci ildə İsfəndiyar xan, tərkibində nümayəndəli orqan, Məclis yaratmağı vəd etdiyi manifesti elan etdi. Lakin sonradan vəziyyət kəskinləşdi və mürtəce qüvvələr üstünlük qazandı. Nəticədə gənc xivəlilərin hökuməti devrildi, manifestdə elan olunmuş islahatlar isə ləğv edildi. Bu vaxt Xivəyə türkmən tayfasının başçısı Cüneyd xan qayıtdı. O, xanlığın silahlı qüvvələrinin komandanı təyin edildi və tezliklə bütün hakimiyyəti öz əlində cəmləşdirdi.
1918-ci ildə İsfəndiyar xan Nurullabay sarayında dövlət çevrilişi zamanı Cüneyd xanın adamları tərəfindən qətlə yetirildi və taxta onun qardaşı Seyid Abdulla xan oturduldu. Real hakimiyyət isə Cüneyd xanın əlinə keçdi.
1919-cu ilin payızında bolşevik liderləri tərəfindən Xivə xanının hakimiyyətini devirmək qərarı alındı. Xarəzmə Qırmızı Ordunun yaxşı silahlanmış qoşunları göndərildi. 1920-ci il fevralın əvvəllərinə qədər Cüneyd xanın ordusu tamamilə darmadağın edildi.Chahryar Adle:History of Civilizations of Central Asia volume VI, page 319
1920-ci ildə Seyid Abdulla xan Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyası (ÇK) tərəfindən həbs olundu. 1920-ci il fevralın 2-də taxtdan imtina etdi və ömürlük məskunlaşmaq üçün Krivoy Roqa sürgün edildi. O, Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən "Qvardiya" şaxta idarəsinin Qvardiya qəsəbəsində yaşamış və orada da vəfat etmişdir. Ehtimal olunur ki, Krivoy Roqdakı "Qvardayskoye" qəbiristanlığında dəfn edilib.
1932-ci ildə Ukrayna SSR-də kütləvi aclıq (Qolodomor kimi tanınan) başladı. 1933-cü ildə Seyid Abdulla xan xəstələnərək mədən nəzdindəki xəstəxanaya düşdü, burada onda dizenteriya aşkar olundu və bir ay sonra uzun sürən xəstəlik və qida çatışmazlığından (aclıqdan) vəfat etdi. Mədən qəbiristanlığında dəfn olundu.
İstinadlar
Ədəbiyyat Гулямов Я. Г. История орошения Хорезма с древнейших времён до наших дней / Ташкент, 1957. История Узбекистана. Т. 3. / Ташкент, 1993. История Узбекистана в источниках / Составитель Б. В. Лунин. — Ташкент, 1990. История Хорезма / Под редакцией И. М. Муминова. — Ташкент, 1976. Xarici keçidlər Ханы на Криворожье.
Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:Xanlar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Özbəkistan şəxsləri Kateqoriya:Özbəkistan tarixi