Məcdəddin Əbül-Fütuh Əhməd ibn Məhəmməd əl-Qəzzali (; ) — Əbu Həmid əl-Qəzzalinin qardaşı, vaiz və sufi.
Bioqrafiyası Tusda anadan olub. İlk təhsilini burada alıb. Atası ilə birlikdə sufi məcsillərində iştirak edib. Şafii fiqhi təhsili alıb. Bağdada gedərək qardaşının yerinə Nizamiyyə mədrəsəsində dərs deyib. Sonra təsəvvüfə yönəlib. Müxtəlif yerlərə səfər edərək sufilərə xidmət edib. Əbül-Qasım əl-Cürcaninin müridlərindən Əbu Bəkr ən-Nəssacın söhbətlərində iştirak edib. Qəzvində vəfat edib.
Əsərləri Səvanihül-uşşaq. Mözvusu eşq olan Əhməd Qəzzalinin ən mühüm əsəri (nəşr. H. Ritter, İstanbul: 1942).
Lübəbül-İhya. Əbu Həmid əl-Qəzzalinin "İhyau ülumid-din" əsərinin ilk xülasəsi.
Bəvariqul-ilmə. Bu əsərdə səmanın haram olduğunu iddia edənlərin görüşləri rədd edilir. Bu əsər J. Robson tərəfindən "Tracts on Listening to music" (London: 1938) adı altında ingilis dilinə tərcümə edilmişdir.
Ət-Təcrid fi tərcəmətit-tövhid. Bu əsəri "ət-Təfrid fi tərcəmətit-Təcrid" adı altında türk dilinə tərcümə edilib. (tərc. M. Fövzi, İstanbul: 1285).
Əz-Zahirə fi ilmil-bəsirə.
Sirrul-əsrar və təşkilül-ənvər.
Həvassüt-tövhid. Bu son əsəri, tələbəsi Səid ibn Faris əl-Lübbəninin tərəfindən toplanmış onun moizələridir.
İstinadlar
Kateqoriya:Sufilər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar