Emik və etik () — Amerika mədəni antropologiyası, folklorşünaslıqЕлфимов А.Л. Эмическое — этическое // Культурология. Энциклопедия. Т. 2. М., Росспэн, 2007, с. 1066. və davranış elmlərində məlumatların interpretasiyası (şərhi) üçün alternativ metodların təsviri və müvafiq olaraq alternativ nəzəri modellərin yaradılması məqsədilə istifadə olunan metodoloji-analitik xarakterli konsepsiya. Emik-etik konsepsiyasının populyarlığının zirvəsi 1960 və 1970-ci illərə təsadüf edir. 1980-ci illərin sonunda alimlərin emik/etik konsepsiyasına olan marağı zəifləmişdir.

Qısa icmal Emik yanaşma () — daxildən baxış, daxili daşıyıcının (insayderin) gözü ilə baxışdır. Emik yanaşma müvafiq mədəni-tarixi kontekstə inteqrasiya olunmuş fərdə xasdır. Bu kontekstdə demək olar ki, hər bir mədəniyyət fenomeni emik mövqedən nəzərdən keçirilə bilər. Etik yanaşma () — kənardan baxış, kənar müşahidəçinin gözü ilə baxışdır. Etik model universallıq və neytrallıq iddia edən termin və anlayışlarla işləyir. "Etik" termini ( sözünün morfoloji transliterasiyası) bu mənada etika () elmindən törəyən "etik" (əxlaqi) sözü ilə heç bir əlaqəyə malik deyil.

Bu terminlər ilk dəfə amerikalı dilçi və antropoloq Kennet Payk tərəfindən onun "Dilin insan davranışının strukturunun vahid nəzəriyyəsi ilə əlaqəsi" (, 1954) adlı əsərində təklif edilmişdirPike K.L. Language in relation to a unified theory of the structure of human behavior. Preliminary edition. Glendale, CA: Summer Institute of Linguistics, 1954, page 8.. Payk "-emic" və "-etic" suffikslərini "phonemic" (fonemik, fonemə və fonologiyaya aid olan) və "phonetic" (fonetik, danışıq səslərinə və fonetikaya aid olan) sözlərindən ayıraraq bu terminləri yaratmışdır.

Emik-etik metodunu 1960 və 1970-ci illərdə əsasən Paykın nəzəri mülahizələrinin tənqidinə əsaslanan Marvin Harris inkişaf etdirmişdir. 1980-ci illərin sonuna doğru Amerika ictimai elmlərində emik-etik metoduna olan maraq sönmüşdürЕлфимов А.Л. ib., с. 1067..

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Emic and Etic Standpoints for the Description of Behavior, chapter 2 in Language in Relation to a Unified Theory of the Structure of Human Behavior, vol 2, by Kenneth Pike (published in 1954 by Summer Institute of Linguistics)

Kateqoriya:Antropologiya Kateqoriya:Dixotomiyalar Kateqoriya:Etnoqrafiya Kateqoriya:Folklor Kateqoriya:Fonologiya Kateqoriya:Metanəzəriyyə Kateqoriya:Sosial elmlər metodologiyası