Sofo Nijaradze (Gürcücə: სოფო ნიჟარაძე; Rusca: София Нижарадзе; 6 Fevral 1986) - gürcü müğənni və aktrisa. 2010 Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanı təmsil edib.

Həyatı

Sofo Nijaradze Tiflisdə anadan olub və Dövlət Musiqi Akademiyasını fəxri diplomla bitirib. Bir neçə beynəlxalq müsabiqələrdə, o cümlədən Mini La Skalada "Bravo, Bravissimo!", Moskvada "Crystal Note" və Gürcüstanda "Crystal Fur-tree" kimi məşhur müsabiqələrdə iştirak edib. 2001-ci ildə o Gürcüstan Dövlət Filarmoniyasının solisti olub. Sonra Moskvaya gedərək Moskva Dövlət Teatr və İncəsənət Akademiyasının "Romeo və Culietta" tamaşasında iştirak edib. 2005-ci ildə Yurmalada keçirilən "Yeni dalğa" müsabiqəsində də iştirak edən Gürcüstan təmsilçisi burda da uğur qazanıb. Müğənni Rusiya Gürcüstan problemlərinə etiraz olaraq sonradan Moskvanı tərk edib."Eurovision"da_ishtirakdan__174767.html Ötən il "Eurovision"da iştirakdan imtina edən Gürcüstan artıq "Eurovision-2010"da təmsilçisinin adını açıqlayıb

Albomlar

Svadba Soek Original Cast Recording (2003) Musical Romeo & Juliette "Ot Nenavisti Do Lubvi" Original Cast Recording (2005) Where are you... (2008)

İstinadlar

Xarici keçidlər

Sofo Nijaradze / Myspace

Kateqoriya:1986-cı ildə doğulanlar Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Müzikl aktrisaları Kateqoriya:Gürcüstanın "Avroviziya" təmsilçiləri