Risalətul-huquq () — Zeynülabidin Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib tərəfindən yazılmış İslam hüququ barədə ən qədim kitab. Həmçinin İmam Zeynülabidin tərəfindən yazılan və dövrümüzə gəlib çatan bir neçə əsərdən biridir. Azərbaycan dilinə tərcümə edilmişdir.
Risalətul-huququn sənədi İmam Zeynülabidinə (ö.94 hq) məxsus olan bu risalənin bir çox sənədi mövcuddur. Risalətul-huququn Şeyx Kuleyni, Şeyx Səduq, İbn Şöbə Hərrani, Seyyid ibn Tavus kimi alimlər tərəfindən nəql edilməsi əsərin ən qədim zamanlardan bəri müsəlmanlar tərəfindən diqqət mərkəzində olduğunu göstərir.
Risalətul-huquq adlandırılan bu kitabın bizə məlum olan ilk mənbəsi Şeyx Kuleyninin "Rəsailul-əimmə"(İmamların məktubları) kitabı olmuşdur.İmam Zeynülabidin, Risalətul-huquq, səh.45, Bakı 2025
Şeyx Səduq isə bu əsəri özünün müxtəlif kitablarında "Mən la yəhzuruhul-fəqihŞeyx Səduq, Mən la yəzhuruhul-fəqih, c.2 səh.618", "əl-XisalŞeyx Səduq, əl-Xisal, c.2, səh.564" və "əl-Əmali" kitablarında İmam Zeynülabidinin məşhur səhabəsi Əbu Həmzə Sabit ibn Dinar Sumalidən (ö.150 hq) nəql etmişdir.
Şeyx Səduqun müasiri olmuş İbn Şöbə Hərrani (ö.381 hq) də bu risaləni özünün "Tuhəful-Uqul" adlı kitabında nəql etmişdir.
Rical alimi Nəcaşi isə risaləni İmam Zeynülabidindən nəql edən Əbu Həmzə Sumalinin tərcümeyi halı barədə yazarkən Risalətul-huquq adlı risaləni nəql etdiyini xüsusi olaraq vurğulamışdır. Nəcaşi bu risalənin hansı sənədlə nəql edildiyini də qeyd etmişdir.Nəcaşi, Ricalun-Nəcaşi, səh.115–116
Seyyid ibn Tavus "Fəlahus-sail" kitabında qeyd edir ki o bu əsəri Şeyx Kuleynidən onun sənədi ilə nəql etmişdir.Mühəddis Mirzə Hüseyn Nuri, Mustədrəkul-vəsail, c.11, səh.169
Əhəmiyyəti Bu risalə bəşər tarixində yazılmış ilk əhatəli hüquqi traktatı hesab olunur.
Əbu Həmzə Sumali (ö.150 hq) nəql edir ki, "Bu, Zeynülabidin Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibin bəzi səhabələrinə yazdığı məktubdur."Şeyx Səduq, Mən la yəzhuruhul-fəqih, c.2 səh.618, hədis: 3214, "hüquqlar" fəsli
Bu risalə bəşəriyyət və onun bütün hüquqlarını, eləcə də insan münasibətlərinin üç şəbəkəsini əhatə edir: Allah ilə, insan;n özü ilə və cəmiyyətlə münasibətlər. Yazıçı Baqir Şərif əl-Qureyşi bu traktat haqqında belə deyir: "İslam dünyasındakı mühüm əsərlər arasında İmam Zeynülabidinin Hüquqlar haqqında Risaləsi də var. Bu traktat insan davranışı, həyatın inkişafı və sivilizasiyanın psixoloji sabitliyin bütün amillərini təmin edən təməllər üzərində qurulması üçün həyat prinsiplərini müəyyən etmişdir."
Əslində, Hüquq Risaləsi İslam dininin reallığının tam və əhatəli mənzərəsini təqdim edir və aspektlərinin çoxşaxəliliyi və məzmununun müxtəlifliyi baxımından böyük bir İslam ensiklopediyasını təmsil edir. Bu müxtəliflik və intellektual zənginlik bu risalənin İslam irsində görkəmli bir mövqe qazanmasına səbəb olmuşdur. Kitab Əli ibn əl-Hüseyn Zeynülabidinin Allahın insanlar üzərindəki haqqını təsdiqləməklə başlayır.
Azərbaycanca Nəşri "Risalətul-huquq" kitabı "Hüquq Risaləsi" adı ilə 2025-ci ildə Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin tərcüməsini Seyid Məhəmməd Bəşirov həyata keçirmişdir. Layihənin məsulu isə Taleh Abasovdur.İmam Zeynülabidin, Risalətul-huquq, səh.2, Bakı 2025
Kitabın Şərhləri Bu məktuba bir çox şərhlər yazılmışdır, o cümlədən:
Məhəmməd Həsən Rəmzinin "Təfsilul-huquq" şərhi bunların ən önəmlisi hesab edilir. Əllamə əs-Sədinin İmam Zeynülabidin tərəfindən yazılmış "Risalətul-huququnun" şərhi. İmam Zeynülabidinin "Risalətul-huquq" kitabının Seyid Həsən əl-Qəbbani tərəfindən iki cilddə şərhi və.s
İstinadlar Kateqoriya:Şiə ədəbiyyatı Kateqoriya:İslamda insan hüquqları Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İnsan hüquqlarının tarixi Kateqoriya:Ədəbi əsərlər