Novoye delo () - Dağıstan Respublikasının Mahaçqala şəhərində nəşr olunan ictimai-siyasi həftəlik qəzet. Tarixi Qəzetin təsisçisi və ilk baş redaktoru Dalqat Əhmədxanov olub.Избранные места из коллективных мемуаров Təsisçi "Novoye Delo" MMC idi. Qəzet Dağıstanda və ondan kənarda baş verən ictimai-siyasi hadisələri işıqlandırır.

Dağıstan Respublikası rəhbərinin rəsmi veb saytı qəzeti respublikanın aparıcı ictimai-siyasi həftəlikləri sırasına daxil edirdi.

Qəzet dəniz səyahı E.Qvozdevin bütün dünya səyahətlərinə informasiya dəstəyi verirdi.Русскоязычные газеты ДагестанаНужны ли России герои?

Çərşənbə axşamı, 9 iyul 2013-cü il tarixində səhər "Novoye Delo"nun baş redaktor müavini Əhmədnəbi Əhmədnəbiyevi daşıyan avtomobil Semender kəndində naməlum şəxslər tərəfindən atəşə tutuldu. Bu, ona qarşı ikinci sui-qəsd cəhdi idi (birincisi 2013-cü ilin yanvar ayında baş vermişdi).

Baş redaktorları 1991–2001: Dalqat Əhmədxanov 2004–2006: Rumina Elmurzayeva 2008—2012: Şahban Həpizov 2012—2023: Hacımurad Saqitov

Bölmələri Qəzet müntəzəm olaraq məşhur şəxsiyyətlərlə müsahibələr, reportajlar və xəbərlər dərc edir və bu məqalələr informasiya və analitik səhifələrdə yer alır. Qəzetdə "Xəbərlər", "Siyasət", "İqtisadiyyat", "Cəmiyyət", "Mədəniyyət", "İdman", "Din", "Mahaçqala", "Sizin Məktublarınız", "Gənc Biznes", "Vətən Tarixi" və "Xalqın Səsi" rublikaları (bölmələr) var.

Qəzetin tirajı 21.400 nüsxədir. Bu respublikanın kommersiya qəzetləri arasında ən böyük tirajdır. O, Dağıstan Respublikası boyunca abunə və pərakəndə satış yolu ilə paylanır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Официальный сайт

Kateqoriya:Dağıstan qəzetləri Kateqoriya:Rus dilində qəzetlər Kateqoriya:Rusiya qəzetləri