Karamel — şəkərin yüksək temperaturda qızdırılıb əridilməsi ilə əldə olunan qida məhsulu.

Karameldən çox sayda qida məhsulunda: pudinq və desertlərdə dadlandırıcı, konfetlərdə dolğu, o cümlədən içkilərdə rəngləndirici məqsədilə istifadə olunur.

Karameləşmə Karamelləşmə prosesi əsasən şəkərin təxminən 170 °C (340 °F) dərəcədə yavaş-yavaş qızdırılmasından ibarətdir. Şəkər qızdıqca molekullar parçalanır və özünəməxsus rəng və dad xüsusiyyətlərinə malik birləşmələr əmələ gətirir.

Karamelləşmə şəkərdən suyun ayrılması prosesidir. Bunun ardınca şəkərin izomerləşməsi və müxtəlif yüksək molekulyar çəkili birləşmələrə polimerləşməsi baş verir. Su itkisindən sonra monosaxaridlərdən difruktoz anhidrid kimi birləşmələr yarana bilər. Fraqmentasiya reaksiyaları uçucu ola bilən və dada təsir göstərən aşağı molekulyar çəkili birləşmələrin əmələ gəlməsinə səbəb olur. Polimerləşmə reaksiyaları isə karamelə tünd-qəhvəyi rəngi verən daha iri molekulyar çəkili birləşmələrin yaranmasına gətirib çıxarır. Karamel tərkibinə əlavə edilən inqredentin miqdarından və hazırlanma temperaturundan asılı olaraq sous, yapışqan konfet və ya bərk konfet kimi müxtəlif formalarda hazırlana bilər.

İstinadlar

Kateqoriya:Qida qatqıları