Oldenburqlu Aleksandr Petroviç (; ; ) — Oldenburq şahzadəsi Pyotrun oğlu.

1844-cü ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Oldenburq şahzadəsi Pyotr, anası isə alman əsilli Nassaulu Terezadır. Ailəsi alman əsilli Hoşteyn-Qottorp sülaləsinə mənsub olsa da, Rusiyada böyüyüb boya-başa çatmışdı. Çünki onun atası Şahzadə Pyotr, çar I Pavelin qızı Yekaterina Pavlovnanın sağ qalan yeganə oğlu idi. Mehriban ailə daxilində böyüyən Şahzadə Aleksandr rus, alman, ingilis və fransız dillərində təhsil aldı. Musiqi, rəsm və rəqs dərsləri aldı.

Digər 2 qardaşı kimi, Şahzadə Aleksandr da çar ailəsinə xidmət etdi. Çar III Aleksandrın şəxsi yavərlərindən biri oldu və rus ordusunda uzun illər çalışdı.

19 yanvar 1868-ci ildə Qış sarayında Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı Yevgeniya Maksimilyanovna ilə evləndirildi. Seçilən gəlin namizədi onun atasının dayısı qızı Mariya Nikolayevnanın qızı idi. Cütlüyün bu nigahdan yeganə oğlu dünyaya gəldi.

Oldenburqlu Pyotr Aleksandroviç

1886-cı ildə Bolqarıstan knyazı I Aleksandrın taxtdan çəkilməsinin ardından, Şahzadə Aleksandrın taxta çıxması təklif edilsə də, Avropa gücləri buna etiraz etdilər.

Xanımı Yevgeniya Maksimilyanovna ilə birlikdə Rusiyanın müxtəlif əyalətlərində məktəblər, xəstəxanalar, yetimxanalar və digər xeyriyyə qurumları təsis etdilər. Bir çox xeyriyyə qurumuna maddi dəstək verdilər. Bu səbəblə, alman əsilli olmasına baxmayaraq, yerli rus xalqı tərəfindən daim sevildilər.

1889-cu ildə dövrün artan anti-alman dalğası səbəbilə ordudakı xidmətindən könüllü olaraq geri çəkildi. Ancaq Çar III Aleksandr onun bu qərarını qəbul etmədi və bunun əvəzinə onu 11 aylıq bir istirahətə yolladı. Birinci Dünya müharibəsi illərində ön cəbhədə vuruşdu. Müharibə illərində Krımda təsis etdiyi hərbi hospitalda yaralı ingilis və fransız əsgərlərinin pulsuz müalicəsini təmin etdi.

1917 fevral inqilabı əsnasında bolşeviklər tərəfindən başına mükafat qoyulmuşdu. Üstəlik onun təsis etdiyi bütün xeyriyyə qurumları dağıdıldı və mülkləri müsadirə edildi. İnqilab əsnasında öldürüldüyü şayəsi yayılsa da, daha sonra ounn ölkədən qaçdığı üzə çıxdı. Sürgündə öncə Finlandiyada, ardından Fransada məskunlaşdılar. 6 sentyabr 1932-ci ildə Biarritsdə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Vassili, Paul (December 2009). Behind the Veil at the Russian Court. Read Books Design. p. 128. ISBN 9781444689693 Louda, Jiri; Michael Maclagan (1981). Lines of Succession. London: Orbis Publishing Ltd. p. 297. ISBN 0-460-04519-9

İstinadlar Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları