Endi Musayev (,) — "Veles klubunda yarımmüdafiəçi çıxış edən belçikalı futbolçu.
Bioqrafiya Milliyyətinə görə çeçendir . Endi Belçikanın Ostende şəhərində anadan olub. Onun valideynləri İkinci Çeçen müharibəsi səbəbindən 2001-ci ildə Belçikaya köçüblər. Endinin atası da futbolçu olmuş və Qroznının "Erzu" komandasında çıxış etmişdi. O, Belçikada böyüsə də, Rusiya vətəndaşlığına da malikdir. Endi rus, çeçen, niderland, fransız, ingilis və ispan dillərində sərbəst danışa bilir .
Endi futbol oynamağa 2009-cu ildə "VG Ostende" klubunun gənclər komandasına qoşularaq başlayıb. 2012-ci ildə "Ostendenin" gənclər komandasına transfer olunmuşdu. "Brügge" futbol klubunda çıxış etdiyi bir neçə mövsüm istisna olmaqla, Endi "Ostendenin" gənclər komandasının bütün mərhələlərindən keçib. O, 2022-ci ilin iyulunda Oostende karyerasının ilk peşəkar müqaviləsini imzalamışdır.
24 iyul 2022-ci ildə Endi Jupiler Liqasının yeni mövsümünün ilk turunda Anderlextə (0:2) qarşı oyunda Ostendenin start heyətində yer amışdı. Endi debütünü məşqçi İv Vanderhaqeyə borcludur.
Qeydlər
Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Belçika futbolçuları Kateqoriya:Əlifba sırasına görə futbolçular Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2003-cü ildə doğulanlar Kateqoriya:17 apreldə doğulanlar Kateqoriya:Belçika futbol klubları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Rusiya müsəlmanları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları