thumb|Yakov Tintorettonun "Məsih Qalileya dənizində" tablosunda xilas səhnəsi. Xilas, Xilas olma, Nicat və ya Nicat tapmaq — bəzi dinlərdə, təlimlərdə, mistikada, daxili kimyada, teosofiyada, ezoterikada və mifologiyalarda müxtəlif elementlər və fərqli adlarla ifadə olunan anlayış. Müəyyən qədər fərqli formalarda və fərqli adlarla təqdim olunsa da, bu anlayış bütün ənənələrdə insanın tələb olunan bir sıra keyfiyyətləri qazanmaq üçün intensiv səy, əzab və sınanmalarla dolu mənəvi inkişaf prosesindən keçdikdən sonra Yer üzündəki ruhi təkamül məqsədinə çatması ilə əldə edə biləcəyi bir hal kimi səciyyələndirilir.
Şərq fəlsəfəsində xilas anlayışı Dinc, azad bir şüur vəziyyəti ilə xarakterizə olunan "xilas" halı Şərq ənənələrində nirvana və mokşa terminləri ilə ifadə edilir. Bu ənənələrə görə, "xilas olmuş" şəxsin artıq doğum-ölüm çarxında qalmasına ehtiyac yoxdur. Yani, artıq Yer üzündən alacağı bir dərs qalmadığı üçün və dünyəvi karmik öhdəliklərini yerinə yetirdiyi üçün onun dünyada yenidən doğulmasına lüzum qalmır. Buddizmə görə, belə şəxslər Yer üzündə artıq öyrənmək üçün deyil, ancaq öyrətmək və insanların mənəvi inkişafına kömək etmək üçün yenidən doğula bilərlər.
Spiritualizmdə xilas anlayışı Bir çox təlimlərdə qəbul edildiyi kimi Yer planetini bir məktəb olaraq qəbul edən, lakin ruhi inkişafın sonu olmadığı qənaətində olan spiritualistlərə görə isə xilas, qısaca, varlığın Yer üzündən əldə etməli olduğu ədəb-ərkan, bilik və təcrübəni müxtəlif reinkarnasiyalar nəticəsində qazanaraq "Yer planeti məktəbi"ndən diplom alması, yəni daha üst səviyyəli bir məktəbdə təhsil almaq hüququ qazanması deməkdir.
İstinadlar
Ədəbiyyat siyahısı
(Presentation)
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
A. J. Wallace and R. D. Rusk, "Moral Transformation: the Original Christian Paradigm of Salvation" A recent defence of the moral transformation perspective. , a sermon by John Wesley (Methodist / Wesleyan perspective)
"God's Plan of Salvation" (conservative Evangelical perspective) Salvation in Islam Immortality Or Resurrection? Chapter VI Hell: Eternal Torment or Annihilation? by Samuele Bacchiocchi, Ph. D., Andrews University Redemption after Death by Charles Augustus Briggs: An article in the December 1889 Issue of The Magazine of Christian Literature Vol 1. No. 3.
Kateqoriya:Dini terminologiya Kateqoriya:Xilas Kateqoriya:Teologiya Kateqoriya:Ezoterizm Kateqoriya:Teosofiya Kateqoriya:Mistika