Dövlət xidməti — xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusudur.https://e-qanun.az/framework/60932
Azərbaycanda dövlət xidməti Azərbaycanda dövlət xidmətinin təşkili 31 oktyabr 2025-ci ildə qəbul edilmiş "Dövlət xidmətləri haqqında" qanunla tənzimlənir. Qanuna əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanılması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində çevikliyin təmin edilməsi və xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri təşkil edilib.https://dxr.az/?lang=az
Azərbaycanda dövlət xidmətlərinin göstərilməsinin əsas prinsipləri "Dövlət xidmətləri haqqında" qanununa əsasən əsas prinsiplər aşağıdakılar əsas götürülür : dövlət xidmətlərinin peşəkar göstərilməsi; dövlət xidmətlərinin göstərilməsinin hesabatlılığı; dövlət xidmətlərinin keyfiyyətliliyi, rahatlığı və əlçatanlığı; dövlət xidmətlərinin göstərilməsində əlilliyi olan şəxslər üçün müyəssərliyin təmin olunması; dövlət xidmətlərinin göstərilməsinin şəffaflığı, nəzakətlilik və məsuliyyətlilik; dövlət xidmətinin göstərilməsində digər xidmət təminatçıları ilə qarşılıqlı fəaliyyət, aralarında davamlılıq, yaxud asılılıq olan dövlət xidmətlərinin əlaqələndirilmiş formada təşkili; xidmət istifadəçilərinin hüquqlarının pozulmasının qarşısının alınması; dövlət xidmətlərinin göstərilməsi prosesinin mütəmadi təkmilləşdirilməsi; dövlət xidmətlərinin göstərilməsinin qanuniliyi və səmərəliliyi.
Bəzi dövlətlərdə dövlət xidməti təsnifatı Bəzi müasir inkişaf etmiş dövlətlərdə dövlət xidmətləri sihasında aşağıdakılar da əlavə edilir:
Təhlükəsizlik Təhsil Səhiyyə Məhkəmə Kommunal xidmətlər Yollar
İstinadlar
Ədəbiyyat siyahısı Алькина Г. И., Герба В. А. Сущность государственных услуг // Вестник ТОГУ : журнал. — 2009. — № 3 (14). — С. 129. McGregor, Eugene B. Jr.; Campbell, Alan K.; Macy, Anthony itua; Cleveland, Harlan (July–August 1982). "Symposium: The Public Service as Institution". Public Administration Review. 42 (4). Washington: 304–320. doi:10.2307/975969. JSTOR i240003. ProQuest 197199863. Eleanor Chance, Christina Colvin, Janet Cooper, C J Day, T G Hassall, Mary Jessup and Nesta Selwyn, 'Public Services', in A History of the County of Oxford: Volume 4, the City of Oxford, ed. Alan Crossley and C R Elrington (London, 1979), pp. 350–364, accessed 5 may 2022 Finnerty, M., Jubilee 2025: The new global debt crisis and its solutions, CAFOD, p. 4, published in December 2024, accessed on 2 July 2025
Xarici keçidlər
Municipal Services Project Public Services International Public Services International Research Unit Daniel Chavez (ed), Beyond the Market: The Future of Public Services, TIN Public Services Yearbook 2005/6, Transnational Institute / Public Services International Research Unit (SIRIUS), February 2006 European Center of Enterprises with Public Participation and of Enterprises of General Economic Interest
Kateqoriya:Dövlət və hüquq nəzəriyyəsi Kateqoriya:Xidmət sahələri Kateqoriya:Dövlət idarəetməsi Kateqoriya:İctimai xidmətlər Kateqoriya:Siyasi iqtisadiyyat