Aleksandr Georqeviç Romanov (; ) — Loyxtenberq hersoqu Georq Maksimilyanoviçin oğlu, IX Loyxtenberq hersoqu.
1890-cı ildə Peterhof sarayında dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Georq Maksimilyanoviç, anası isə Monteneqro kralı I Nikolayın qızı Anastasiyadır. 1906-cı ildə valideynləri boşandı və ertəsi il anası böyük knyaz Nikolay Nikolayeviçlə evləndi. 1902-1911-ci illərdə donanma məktəbindən məzun oldu. Birinci Dünya müharibəsində iştirak etdi və Qaradəniz donanmasının tərkibində döyüşdü.
1917 Fevral inqilabının ardından ölkədən qaçdı. Ögey qardaşı Aleksandr Georqeviçin varissiz vəfatından sonra 1942-ci ildə Loyxtenberq hersoqu ünvanını aldı. 1974-cü ildə Romada vəfat etdi. Heç vaxt evlənmədi və rəsmi varisi olmadı. Beləcə, Loyxtenberq hersoqu ünvanı sonlandı.
Mənbə
Ədəbiyyat
Massie, Robert K. (1967). Nicholas and Alexandra. Random House, Inc. p. 244. ISBN 9780307788474 Ferro, Marc; Brian Pearce (1990). Nicholas II: Last of the Tsars. Oxford University Press. p. 45. ISBN 978-0-19-509382-7 Curtis Perry, John; Constantine V. Pleshakov (1999). The Flight of the Romanovs: A Family Saga. Basic Books. p. 212. ISBN 9780786724864
İstinadlar Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər