Əlifba tarixi — fonetik yazı sisteminin məhdud işarə toplusu ilə təkamül tarixi. Bu zaman bir qrafema bir fonemə uyğun gəlir.
"Əlifba" anlamı müxtəlif tip fonetik həm konsonanat yazıya, həm söz yazılarına (kvaziəlifba) aid edilə bilər. İlk kvaziəlifba eramızdan əvvəl XIX ilə XVI əsrlər arası Qədim Misirdə işləyən samilərin dilinin yazılması üçün yaranan protosinay yazısı hesab edilir. Bu əlifba konsant olaraq akrofon prinsipi üzərində qurulmuşdur. Misir heroqliflərindən irəli gələrək hər piktoqram sözün ilk səsini göstərirdi.
Protosinay yazısı və ona qohum olan qərbi sami dillərinin yazılış sistemi finikiya yazısının yaranmasına səbəb oldu. Onun konstant əlifbası digər dillər tərəfindən götürülərək tam fonetik yazıya keçmələrinə səbəb oldu.Müasir dövrdə mövcud olan əlifbaların əksəriyyəti ya finikiya əlifbası əsasında ya da onun təsiri ilə yaranıb.
Əlifbalara qədər dövrün yazı sistemi Müasir dövrə eramızdan əvvəl IV miniliiyin sonlarına qədər mövcud olmuş və yaxşı saxlanmış yazı sistemi gəlib çatıb: mixi yazı və Misir heroqlifləri. Hər iki yazı sistemi Qərbi Asiyada yaxşı tanınırdı. O ərazidə sonradan finikiya yazısı adlı əlifba yaradılmışdı. Bəziləri belə hesab edir ki, mixi yazısı sonradan yaranan əlifbaların formlaşmasına ciddi təsir etmişdir. Ancaq müasir elm sübut etdi ki, onun əlifbalara təsiri çox az olub. 1928-1932-ci illərdə Livanın qədim Bibl şəhəri dağıntılarında tapılmış Bibl yazısı qrafik cəhətcə həm ieratik yazısı, həm də finikiya yazısı ilə oxşarlığı var. Ancaq o hələ oxuna bilinmədiyindən onun əlifba tarixində rolundan danışmaq tezdir.
İlkin tarix
Qədim Misir Eramızdan əvvəl XXVII əsrdə (eramızdan 2700 il əvvəl) Qədim Misirlilər öz dillərinin yazılması zamanı samitlərin işarə edilməsi üçün 22 heroqlif yaratdılar. Həmçinin mümkündür ki, saitlərin sözün əvvəlində sonunda işarələnməsi üçün 23 heroqlif də yaratmışdılar. Bu simvollar loqoqramı, qrammatik söz dəyişməsini və xarici dillərdən keçən sözlərin yazılması üçün istufadə edilirdi. Bu sistem əlifba da hesab edilə bilər. Ancaq onlar əlifba kimi deyil, ənənəvi Misir heroqliflərinin təsiri güclü olduğuna görə loqoqrafik yazı kimi istifadə edilirdi.
Sami əlifbası thumb|left|200px|Dörd müxtəlif əlifbanın finikiya əlifbasından yarandığını göstərən diaqramma. Soldn saöa - latın əlifbası, yunan əlifbası, finikiya əlifbası, ərəb əlifbası.
Tunc dövrü ortalarındakı qərbi sami yazı sistemi ehtimal edilir ki, indiyə qədər oxuna bilinməmiş bibl yazısı və protosami yazısıdır. Ancaq məlumdur ki, qismən və ya tam əlifba olublar. Mümükündür ki, bu yazıların qədim nümunələri mərkəzi Misirdə bizim eradan XVIII əsr- 1800 il əvvəl yaradılmış qraffiti olublar.
Sami yazısı samit səsləri göstərmək üçün təkcə Misir heroqrif yazıları ilə məhdudlaşmırdı. O otuza qədər piktoqram işarələri də özündə birləşdirirdi.Ehtimal var ki, onların Misir yox, sami adları istifadə edilirmiş. Ancaq hələ aydınlaşmayıb ki, sami yazıları akrofoniya prinsipi ilə əlifba kimi istifadə edilirdi ya samitlər yazılırdı ya heroqliflər kimi tam sözü ifadə edirdi. Ancaq finikiya əlifbası Kənan bölgəsinə gələnə qədər protokənan yazısı özündə istifadə edilirdi.
Əlifbanı birinci istifadə edən Finikiya Kənan dövləti olduğuna görə Kənan yazısı finikiya yazısı adlanmağa başlandı.Finikiyanın dəniz yanında və bir çox ticarət yollarının kəsinşməsində yerləməsinə görə finikiya əlifbası tezliklə bütün Aralıq dənizi regionunda yayılmağa başlandı. Finikiya əlifbası ilə bağlı olan arami yazısı və yunan əlifbası bütün yazı tarixinə ciddi təsir göstərmişdi.
İstinadlar
Kateqoriya:Yazı tarixi Kateqoriya:Yazı Kateqoriya:Tarix Kateqoriya:Əlifbalar