Əbu Mənsur əl-Maturidi türbəsi () — Əbu Mənsur əl-Maturidinin xatirəsini yaşatmaq məqsədilə tikilmiş türbə.
Əl-Maturidinin ölümü Əbül-Muin ən-Nəsəfi və İbn Fəzlullah əl-Öməri tarix göstərmədən qeyd edirlər ki, Əbu Mənsur əl-Maturidi Əbül-Həsən əl-Əşəridən qısa müddət sonra vəfat etmişdir.
Əbdülqadir əl-Qureyşi isə müəllimləri Əbül-Həsən ibn əs-Səvvaf və Qütbəddin əl-Hələbiyə istinad edərək Əbu Mənsur əl-Maturidinin hicri 333-cü (944) ildə vəfat etdiyini bildirir. Sonralar Firuzabadi, İbn Qutlubuğa, Kəfəvi, Murtəza əz-Zəbidi və Əbdülhəyy əl-Ləknəvi də eyni tarixi qəbul etmişlər.
Məhəmməd Zahid əl-Kövsəri isə Qütbəddin əl-Hələbidən hicri 332-ci il tarixini nəql edir.
Qureyşi bu məlumatı iki müəllimindən ayrı-ayrılıqda nəql etdiyinə görə, burada hər iki rəvayətdə eyni tarixin göstərilməsi yəqin ki, çap səhvidir. Çünki böyük ölçüdə Qureyşiyə əsaslanan Təmimi 333-cü illə yanaşı, 332-ci ili də qeyd etmişdir. Bundan əlavə, bəzi əsərlərdə hicri 336-cı (947) il də Əbu Mənsur əl-Maturidinin vəfat tarixi kimi göstərilir.
Firuzabadinin əsərinin başqa bir əlyazma nüsxəsində yer alan hicri 323-cü il isə, görünür, köçürmə (istinsax) xətasından qaynaqlanmışdır.
Məzarının yeri Əbu Mənsur əl-Maturidi Səmərqəndin məşhur Çokardiza qəbiristanlığında dəfn edilmişdir. Dostu və tələbəsi Hakim əs-Səmərqəndi onun məzar daşına belə bir məzmunda yazı həkk etdirmişdir:
Vasili Bartold 1920-ci ildə Səmərqəndə etdiyi səfər zamanı Çokardiza qəbiristanlığında Əbu Mənsur əl-Maturidinin türbəsini gördüyünü qeyd etmişdir.
Lakin Sovet İttifaqı dövründə bu qəbiristanlıq yaşayış sahəsinə çevrilmiş, türbənin yerləşdiyi ərazi isə bir evin həyətində qalmışdır. 1991-ci ildə Səmərqəndi ziyarət edən bir qrup türk alimi həmin yerdə artıq türbənin mövcud olmadığını, qəbrin üzərinə beton töküldüyünü və həmin sahənin həyət kimi istifadə edildiyini bildirmişlər.
Türbənin inşası Hazırda Əbu Mənsur əl-Maturidinin məzarı Səmərqənd şəhərinin Siyab mərkəzi rayonunun İkinci Şərq məhəlləsində, Gucdüvan küçəsində yerləşən ərazidəki türbədədir. Bu türbə 2000-ci il noyabrın 17-də Əbu Mənsur əl-Maturidinin xatirəsinə inşa edilmiş, türbənin açılışı münasibətilə də beynəlxalq simpozium keçirilmişdir.
Həmçinin bax İmam Buxarinin türbəsi
Mənbə
İstinadlar
Ədəbiyyat