Cəzail () — əsasən Əfqanıstan və ətraf bölgələrdə istifadə edilmiş uzun lüləli, çaxmaqlı mexanizmə malik ənənəvi tüfəng növüdür. Cezayil tüfəngləri xüsusilə Əfqanlar tərəfindən istifadə olunmuş və Birinci İngiltərə-Əfqan müharibəsi zamanı məşhurlaşmışdır. Bu silahlar uzaq məsafədən dəqiq atəş açmaq üçün hazırlanmışdır.

Xüsusiyyətləri Cəzail adətən əl ilə hazırlanırdı və digər dövr tüfənglərindən fərqli olaraq bəzəkli və fərdi xüsusiyyətlərə malik olurdu. Uzun lüləsi sayəsində uzaq məsafədə daha dəqiq atış imkanı verirdi.

Silahın çəkisi təxminən 5–6 kq, kalibri isə çox vaxt 12–19 mm arasında olurdu. Böyük ölçüsü geri təpməni azaldırdı. Lakin doldurulması uzun vaxt apardığı üçün atəş sürəti aşağı idi. Qıvrımlı qundağı cezayilin ən fərqləndirici xüsusiyyətlərindən biri idi.

Tarixi istifadəsi

İran Cezayilin erkən formaları Səfəvilər və Əfşarlar dövründə elit jazailçi birlikləri tərəfindən istifadə olunurdu. Nadir şah bu silahdan öz ordusunda geniş istifadə etmişdir.

Əfqan müharibələri XIX əsrdə Peştun döyüşçülərinin əsas silahlarından biri olan cezayil dağlıq ərazilərdə xüsusilə təsirli idi. Uzun mənzili sayəsində Əfqan döyüşçüləri Britaniya ordusunun Brovn Bess tüfənglərinə qarşı üstünlük əldə edə bilirdilər.

Müasir dövr XX əsrdə cezayil tədricən Martini-Henri və digər müasir tüfənglərlə əvəz edilmişdir. Bəzi nümunələr isə Sovet–Əfqan müharibəsi zamanı istifadə olunmuşdur.

Ədəbiyyatda Cezayil Artur Konan Doylun əsərlərində Dr.Vatsonun yaralanmasına səbəb olan silah kimi qeyd olunur. Həmçinin Rudyard Kipling və digər yazıçıların əsərlərində də xatırlanır.

İstinadlar

Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Muşketlər