Şarlotta Avqust (; ) — Britaniya və İrlandiya kralı III Georqun qızı, Vürtemberq kraliçası.
1766-cı ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 1 ay sonra Sent-Ceyms sarayında vəftiz edildi. Bibiləri Şahzadə Luiza, Şahzadə Karolina Matilda və onun əri VII Kristian onun vəftiz valideynləri oldu. 22 iyun 1789-cu ildə monarxın ən böyük qızı kimi İmperial şahzadə () ünvanı aldı. Bu səbəblə, hələ 2 yaşı olmadan, gələcəkdə kiminlə evləndiriləcəyi müzakirə edildi. 1783-cü ildə doğulan ən kiçik bacısı Şahzadə Amaliya Sofiyanın vəftiz analarından biri oldu.
18 may 1797-ci ildə Sent-Ceyms sarayında Vürtemberq hersoqu II Fridrix Yevgenin yeganə varisi Şahzadə Fridrixlə evləndirildi. Şahzadə daha öncə evlənmişdi və yetkinlik yaşına çatan 3 övladı vardı. Ancaq bu nigahdan ölü doğulan bir qız uşağıdan başqa övladı olmadı.
Ölü doğulan bir qız uşağı (27 aprel 1798)
Elə həmin ilin sonunda hersoq vəfat etdi və əri son Vürtemberq hersoqu kimi taxta çıxdı. 1800-cü ildə fransızların Vürtemberqi işğalı səbəbilə, cütlük Vyanaya qaçdı. Gəlinən razılığın ardından 1803-cü ildə əri I Fridrix Vürtemberq kürfürstü ünvanı aldı və cəmi 3 il sonra Napoleon Bonapartın dəstəyilə özünü Ştutqartda Vürtemberq kralı elan etdi. Beləcə, Şarlotta Avqust Vürtemberq kraliçası oldu. Ancaq ərinin Napoleon Bonaparta olan yaxınlığı atası III Georqla ərinin münasibətlərini pisləşdirdi. Hətta, qızına yazdığı məktublarda ona Vürtemberq kraliçası kimi xitab etməkdən imtina etdi. Bu münasibət, ərinin 1813-cü ildə tərəf dəyişməsinədək davam etdi.
1816-cı ildə ərinin vəfatından sonra Ştutqart yaxınlığındakı bir malikanədə yaşamağa davam etdi. Qardaşları tərəfindən dəfələrlə ziyarət olundu. 1819-cu ildə qardaşı qızı Şahzadə Viktoriyanın vəftiz mərasiminə qatılmasa da, onun vəftiz analarından biri elan olundu. 1827-ci ildə evlənməsindən 30 il sonra ilk dəfə Britaniyaya qayıtdı. Sent-Ceyms sarayında məskunlaşdı və burada payızda geri döndü. 19 oktyabrda Frankfurtda ögey oğlu I Vilyam tərəfindən qarşılandı və 24 oktyabrda rəsmi iqamətgahı olan Lüdviqsburq sarayına döndü. 6 oktyabr 1828-ci ildə burada vəfat etdi
Mənbə
Ədəbiyyat
Fraser, Flora (2005). Princesses: the six daughters of George III (1st American ed.). New York: Knopf. p. [page needed]. ISBN 978-0-679-45118-1 Weir, Alison (1996). Britain's Royal Families: The Complete Genealogy (Revised ed.). Random House. p. 287. ISBN 978-0-7126-7448-5
İstinadlar Kateqoriya:XIX əsr Birləşmiş Krallıq şəxsləri Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri