Əbu Bəkr Məhəmməd ibn Abdullah ibn İbrahim əl-Bezzar əl-Bağdadi əş-Şafii (; ) — mühəddis və fəqih.

Həyatı Hicri 260-cı (873–874) ildə Dəclə yaxınlığındakı Cəbbül qəsəbəsində anadan olmuşdur. "Bəzzaz" ləqəbini paltar ticarəti ilə məşğul olduğu üçün aldığı rəvayət edilir. On altı yaşında ikən hədis öyrənməyə başlamışdır. Misir, Dəməşq, əl-Cəzirə kimi elm mərkəzlərini dolaşaraq Əbu Qilabə ər-Rəqaşi, Məhəmməd ibn Məsləmə, Haris ibn Əbu Üsamə, İbn Əbid-Dünya, Əbu Müslim əl-Kəcci, Abdullah ibn Əhməd ibn Hənbəl və digər məşhur alimlərin yanında təhsil almışdır.

Daha sonra Bağdadda məskunlaşaraq hədis rəvayət etməyə başlamışdır. Büveyhilər burada səhabələrin üstünlüklərindən danışmağı qadağan edib məscidlərin qapılarına onları pisləyən ifadələr yazdırdıqları zaman Əbu Bəkir əş-Şafii bu qadağaya əhəmiyyət verməmiş, şəhər məscidində tələbələrinə səhabələrin üstünlükləri haqqında dərslər keçmiş və hədisləri yazdırmışdır. Onun bu dərslərindən başda Darəqutni olmaqla İbn Şahin, Əbu Abdullah ibn Mənədə, İbn Şazan əl-Bağdadi və Əbu İshaq əl-İsfərayini kimi alimlər bəhrələnmişlər.

Uzun ömür sürməsi səbəbilə bir çox mühəddisdən ali sənədlərlə (yəni rəvayət zəncirində ravilərin sayının az olduğu, daha qısa isnadlarla) yalnız onun rəvayət etdiyi hədislər olduğundan, ətrafına böyük tələbə qrupları toplanmışdır. Əbu Bəkir də yaratdığı imla məclislərində onlara hədis rəvayət etmişdir.

Darəqutni öz dövrünün mühəddisləri arasında ondan daha etibarlı bir şəxsin olmadığını bildirmiş, Zəhəbi isə onun hədis elmində "höccət" olduğunu qeyd etmişdir.

Elmi fəaliyyətləri ilə yanaşı ticarətlə də məşğul olduğu üçün müxtəlif şəhərlərə gedib-gələn Əbu Bəkir əş-Şafii hicri 354-cü ilin Zilhiccə ayında (dekabr 965) Bağdadda vəfat etmiş və Əhməd ibn Hənbəlin məzarının yanında dəfn edilmişdir.

Əsərləri Əbu Bəkr əş-Şafii "əl-Fəvaid" (əl-Qeylaniyyat) və "Müsnədü Musa əl-Kazım ibn Cəfər ibn Məhəmməd" adlı əsərlərin müəllifidir.

Həmçinin bax İbn Qeylan

Mənbə

İstinadlar

Ədəbiyyat