İctimaiyyətin Məlumatlandırılması Platforması (, KAP) — Türkiyədə kapital bazarı və İstanbul Fond Birjasının qanunvericiliyinə uyğun olaraq ictimaiyyətə açıqlanması zəruri hesab edilən əməliyyat və bildirişlərin elektron imza vasitəsilə ötürüldüyü elektron sistem. Ümumilikdə böyük iştirakçı müəssisələr, İstanbul Fond Birjasında tədavül olunan səhmlərin sahibləri və şərikli tərəfləri, birja yatırım fondları (BYF), vasitəçi qurumlar, Kapital Bazarı Şurasından səlahiyyət almış investisiya şirkətləri və müxtəlif fondlar KAP-a birbaşa bildiriş göndərə bilirlər və bu bildirişlərə onlayn rejimdə baxmaq mümkündür. Göndərilən bildirişlər türk dilindədir, lakin ilkin mərhələdən sonra balans hesabatları ingilis dilində də dərc olunur.
İstinadlar
Kateqoriya:İstanbul Birjası