Şəzərətüz-zəhəb () və ya tam adı ilə Şəzərətüz-zəhəb fi əxbəri mən zəhəb () — İbn əl-İmad əl-Hənbəlinin (v. 1679) bioqrafik əsəri.

Əsər

Mənzum Bu əsər hicrətin ilk ilindən başlayaraq hicri 1000-ci (1592) ilə qədər baş vermiş hadisələri, xüsusilə də alimlərin və dövlət xadimlərinin bioqrafiyalarını əhatə edən bir vəfəyat kitabıdır.

Hicri 1080-ci il Ramazan ayının 19-da (10 fevral 1670) tamamlanan əsərdə hər ilin hadisələri qısa şəkildə xülasə edildikdən sonra həmin il vəfat etmiş mühəddislərin, fəqihlərin, ədiblərin, alimlərin və dövlət xadimlərinin qısa həyat hekayələri verilir. Xəlifə və sultanlara isə daha geniş yer ayrılmışdır.

Bu baxımdan əsər Məmlüklər dövründə geniş yayılmış "əl-həvadis vəl-vəfəyat" tipli kitabların xüsusiyyətlərini əks etdirir.

Təxminən 10 000 bioqrafiya ehtiva edən bu kitab müəyyən bir təbəqəyə, dövrə və ya məkana həsr olunmadığı üçün ümumi bioqrafik əsərlər sinfinə daxildir.

Əsərdə verilən bioqrafiyaların bir qismində orijinal məlumatlar olsa da, bəzi ziddiyyətlər və uyğunsuzluqlar da mövcuddur.

Nəşrlər Kitab Qahirədə iki dəfə nəşr olunmuşdur (1332, 1350–1351). Bunlardan Hüsaməddin əl-Qüdsi tərəfindən həyata keçirilən ikinci nəşr Beyrutda ofset üsulu ilə dəfələrlə təkrar çap edilmişdir.

Əsərin təhqiq edilmiş nəşrini isə sonuncu cildi mündəricat (fihrist) olmaqla, ümumilikdə on bir cild halında Əbdülqadir əl-Ərnaut və Mahmud əl-Ərnaut hazırlamışlar (Beyrut: 1986–1995).

Həmçinin bax Sünni kitablarının siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat